12 saylı Regional Hesablama Mərkəzinin müdiri Elxan Əsədovun diplomu saxta imiş

15-05-2016, 16:13           
12 saylı Regional Hesablama Mərkəzinin müdiri Elxan Əsədovun diplomu saxta imiş
RedaksiyamızaTəhsil Nazirliyinin 12 saylı Regional Hesablama Mərkəzinin müdiri Elxan Əsədovla bağlı ilginc məlumatlar daxil olub.

Məlumat verən mənbə iddia edir ki, Sabirabad mərkəz olmaqla Təhsil Nazirliyinin 12 saylı Regional Hesablama Mərkəzinin müdiri Elxan Əsədov texnikom təhsillidir. Sonolay.org-a verilən məlumatlara görə, Elxan Əsədov ilk əvvəl Mərkəzi xəstəxanada işləyib və burada işinin öhbəsindən gələ bilmədiyi üçün qovulub. Burdan qovulduqdan sonra texnikom təhsiliylə mədəniyyət şöbəsinin baş mühasibi işləyib. Qeyd edək ki, 4 il əvvəl Mədəniyyət şöbələri aparatınin işçilərinə dövlət qulluğu statusu verilmiş və şöbənin baş mühasibinin ali təhsili olması tələb edilmişdir.

Mənbə iddia edir ki, Prezidentin bu sərəncamından dolayı işini itirə biləcəyi təhlükəsiylə üzləşən E. Əsədov üz tutur Rusiyaya və rusiya məktəblərinin birindən özünə ali təhsil diplomu alır. Və bu gün də bu diplomla regional idarə rəisi işləyir.

Keçən il isə Elxan Əsədov Sabirabadda 12 saylı Regional Hesablama Mərkəzinə müdir təyin edilib. Sabirabadın icra başçısı Nazim İsmayılov E. Əsədovun müdir olması üçün təhsil nazirliyinə təqdimat verərək əvəzolunmaz kadr olduğunu bildirib. Yeri gəlmişkən qeyd edək ki, Elxan Əsədovun 65 yaşı var. Bu da o deməkdir ki, o vəzifəyə gətirilməli yox, vəzifədən göndərilməli yaş həddinin içindədir.

Digər məlumat isə Elxan Əsədovun qızı Könül xanımla bağlıdır. Belə ki, mənbə bildirilir ki, Elxan Əsədovun qızı Könül xanım rayonun ən böyük məktəbi Nizami Gəncəvi adına 5 saylı orta məktəbə direktor təyin olunması üzrədir. 5 ay Nızami Gəncəvi adına məktəbdə yarım ştatlı, kollektiv arasında qisasçı, nevroz bir adam kimi xarakteriza olunan bu xanımın YAP-ın üzvü olub olmaması belə unudulub. Qeyd olunur ki, bu ailə qəti müxalifətçidirlər. Bütün bunlar bir yana, sən demə Elxan Əsədov və ailə üzvləri qəti müxalifətçi imişlər.

Sonolay.org-u bilgiləndirən mənbənin sözlərinə görə, Elxan Əsədov məşhur müsavatçıdır. Digər bir tərəfdən də Könül xanımın həyat yoldaşı Ağayev Azər Mirələm oğlu da qatı müxalifətçidir. Bütün seçkilərdə İsa Qəmbərin, Əli Kərimovun, Cəmil Həsənlinin və keçən il isə parlament seçkilərində Pənah Hüseyinin müşahidəçisi kimi təyin olunub.

Mənbə iddia edir ki, Elxan Əsədovun Sabirabad 12 saylı Regional Hesablama Mərkəzinə müdir təyin edilməsində təhsil nazirliyinin şöbə müdiri Rauf Orucovla yanaşı, Prezident adminstrasiyasının Sabirabad rayonu üzrə kuratoru İbrahim Mustafayevin də xüsusi əməyi olub. Adı çəkilən şəxslərin köməyi ilə 64 yaşlı Elxan Əsədov regionala müdir təyin edilib.

Mövzuya qayıdacağıq.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.