Bu gün Azərbaycan və Ermənistan prezidentləri görüşür

16-05-2016, 11:06           
Bu gün Azərbaycan və Ermənistan prezidentləri görüşür
Bu gün Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan Dağlıq Qarabağ münaqişəsi zonasında 1990-cı illərin ortalarından bu yana ən qanlı döyüşlərin getdiyi aprel hadisələrindən sonra ilk dəfə görüşəcəklər.
“Report” xəbər verir ki, prezidentlərin görüşü Avstriyanın paytaxtı Vyanada keçiriləcək.
Danışıqlarda vasitəçi qismində ATƏT-in Minsk qrupunun həmsədr ölkələri – Rusiya, ABŞ və Fransanın xarici siyasət idarələrinin rəhbərləri çıxış edəcəklər.
Bütün tərəflər Vyanaya gələcəklərini təsdiq ediblər.
Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, İlham Əliyev və Serj Sarqsyanın Sergey Lavrov, Con Kerri və Jan-Mark Eyronun iştirakı ilə aparacağı danışıqlar yaranan vəziyyətdən siyasi çıxış yolunun axtarılması kursunu möhkəmləndirəcək.
Həmçinin diplomatik idarə rəhbərləri prezidentlərlə danışıqlar öncəsi bir sıra ikitərəfli görüşlər keçirməyi planlaşdırırlar. Xüsusilə Larovun Kerri ilə məzmunlu görüş keçirəcəyi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru