Əliyev – Sarkisyan görüşündən ilk xəbər: Cəbhə xətti boyunca kameraların yerləşdirilsin

17-05-2016, 09:34           
Əliyev – Sarkisyan görüşündən ilk xəbər: Cəbhə xətti boyunca kameraların yerləşdirilsin
Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə Vyanada baş tutmuş görüşü sona yetib.
***
“Associated Press” agentliyi xəbər verir ki, Vyana görüşündə Ermənistan və Azərbaycana təmas xətti boyunca kameraların yerləşdirilməsi və atəşkəsin pozulması hallarının qedə alınması və müşahidəçilərin artırılması təklif olunub.
Agentlik bildirir ki, danışıqlar məxfi xarakter daşıdığına görə rəsmilər bu məlumatı anonim şəkildə veriblər. ABŞ rəsmiləri son toqquşmalarda ağır texnikadan istifadədən xüsusilə narahatlıq keçirdilklərini bildirirlər. Rəsmilər bunu da vurğulayırlar ki, bu regionda Türkiyənin Azərbaycanı güclü şəkildə dəskləməsi və Ermənistanın Rusiya ilə vahid müdafiə təşkilatında olması münaqişəni potensial baxımdan daha təhlükəli edir.
Adının çəkilməsini istəməyən ABŞ rəsmisi AFP agentliyinə deyib ki, “Bu həll olunan münaqişədir. Bəzi elə münaqişələr var ki, onları sadəcə olaraq idarə etmək lazımdır. Amma bu münaqişə həll oluna bilər”. ABŞ Dövlət Departamentinin vəzifəli rəsmisi daha sonra AFP-yə deyib: “Burada hər iki tərəf üçün əlverişli nəticə əldə etmək olar”.
Həmin rəsmi əlavə edib ki, Suriya məsələsindən fərqli olaraq Qarabağ məsələsində Moskva və Vaşinqton arasında fikir ixtilafı yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.