“Kefimə soğan doğrama, pulu gətir” - Bakı Neft-Energetika Kollecindən narazılıq

13-05-2015, 15:46           
“Kefimə soğan doğrama, pulu gətir” - Bakı Neft-Energetika Kollecindən narazılıq
“Bakı Neft-Energetika Kollecində yay imtahan sessiyası ilə bağlı kütləvi rüşvətalma kampaniyasına start verilib. Kollec rəhbərliyinin, şöbə müdirlərinin, hətta müəllimlərin üzlərinə “sevinc” ifadəsi həkk olunub. Onlar fürsətdir deyib, qarşısına çıxan tələbələrdən pul istəyirlər”.

Bu sözlər Editor.az-ın elektron ünvanına göndərilən şikayət məktubunda öz əksini tapıb.

Kollecdən qovulacaqlarına təminat olmadığı üçün adlarını gizli saxlamağı xahiş edən tələbələr bildirir ki, onlar sözün əsl mənasında soyğunçuluğa məruz qalırlar:

“Ötən dəfə bizim şöbənin müdiri “Pulum yoxdur” deyən tələbəyə “Kefimə soğan doğrama, pulunu gətir” deyə cavab verdi. Qaiblərə görə, tələbə imtahana buraxılmamalıdır. Kim pul verdi, onu imtahanlara buraxırlar, pul verəməyənləri isə kursda saxlayırlar. Açıq şəkildə deyirlər ki, onsuz da gec-tez pul verəcəksiniz. Hər fənn qaiblərinə görə, 100 manat pul alırlar. Hər imtahana görə isə 50 manat. Bir sessiyanı başa vurmaq 600 manata başa gəlir. Deyirlər, dollar qalxıb, pulu manatla gətirirsiniz, ona görə, biz də qiymətləri qaldırırıq. Oxuyan, imtahanlara hazırlaşan uşaqlara maneçilik törədirlər. Hətta lağa da qoyurlar. “Belə savadlı idinsə, universitetə daxil olardın” deyərək, onları “gözümçıxdı”ya salırlar. Bilmirik hara şikayət edək, dərdimizi kimə deyək?!”.

Editor.az məsələyə Bakı Neft-Energetika Kollecinin rəhbərliyindən münasibət öyrənmək istəsə də, onlarla əlaqə yaratmaq cəhdlərimiz alınmadı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.