İlham Əliyev “DQR” nümayəndəsinin danışıqlarda iştirakına icazə vermədi

18-05-2016, 16:47           

Dağlıq Qarabağın separatçı rejiminin nümayəndəsi Vyanadakı görüşdə iştirak etmirdi, çünki bunu Azərbaycan istəmirdi.

teref.az virtualaz.org-a istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində hakim Respublikaçılar partiyasından Ermənistan parlamentinin deputatı Artak Davtyan deyib.

Deputat bildirib ki, erməni tərəfi Qarabağın danışıqlarda tərəflərdən biri olmasını istəyir. Lakin Azərbaycan prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş şərtlər üzündən separatçıların nümayəndəsi görüşdə iştirak etməyib.

Davtyanın sözlərinə görə, Vyanadakı görüşün baş tutması üçün Azərbaycanın mövqeyinin diqqətə alınması zəruri idi.

“Bakının mövqeyi nəzərə alınmasaydı, görüş baş tutmayacaqdı və bu əvvəlcədən bildirilmişdi”, - Davtyan əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru