Lütfəli Babayevin gedər ayaqda oynadığı oyun

14-05-2015, 11:08           
Lütfəli Babayevin gedər ayaqda oynadığı oyun
Zərdabın icra başçısı sahibkarlardan «olimpiadaya pul lazımdır» bəhanəsiylə pul yığdırdığı iddia olunur

Zərdabın icra başçısı Lütfəli Babayevlə bağlı daha bir iddia gündəmə gəlib. JAM.AZ-a verilən məlumata görə, sözügedən şəxs bu dəfə olimpiada məsələsini bəhanə edərək, rayondakı iş adamlarından pul yığdırmağa başlayıb.

Məlumatda qeyd edilir ki, Zərdab rayonundakı «Dörd Yol» deyilən ərazidə yerləşən istirahət mərkəzlərindən birində yerli sahibkarlarla görüşən icra başçısı onlardan işlərinin miqyasına görə, 500 manatdan 5000 manata qədər pul tələb edir. JAM.AZ-a yazan sakinlərdən birinin dediyinə görə, Lütfəli Babayevin bəhanəsi «olimpiadaya təcili pul lazımdır»dan ibarətdir.

O da vurğulanır ki, Babayevin belə bir addım atmasının olimpiada ilə heç bir əlaqəsi yoxdur. İddialara görə, Zərdabın icra başçısı yaxın vaxtlarda vəzifəsindən gedəcəyini bildiyi üçün sərvət toplamaq fikrinə düşüb.

Maraqlı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.