Dövlət Aqrar Universitetinin rektoru “putyovka” satır

14-05-2015, 11:12           
Dövlət Aqrar Universitetinin rektoru “putyovka” satır
Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti ilə bağlı xoşagəlməzliklər davam edir.

TİA.AZ-a bildirilir ki, tələbələri hansısa razılaşmaların müqabilində aylığa, illiyə dərslərdən azad edirlər. Universtitedəki qanunsuzluqlar təkcə bununla bitmir.
Şikayətlərdə o da əks olunur ki, rektor İbrahim Cəfərov universitetdə bəzi maraqlarını reallaşdırmağa çalışır. Tələbələr deyirlər ki, universitetdə təhsil, bir imtahandan qiymət almaq baha başa gəlir. Bütün bunlar bir yana, bəzi tələbələr ildə bir dəfə unversitetə təşrif buyururlar və onlar rəhbərliyə illik deyilən "ödəmə” verirlər.
Həmçinin məlumatda o da vurğulanır ki, Aqrar Unversitet rəhbərliyinin qazanc mənbəyindən biri də təhsil ocağında işləyən müəllimlərin və tələbələrin adına yazdırılan sanatoriya putovkalarının satdırılmasıdır. Putovkalar isə Həmkarlar Təşkilatlarının əli ilə satılır. Qarşı tərəfi dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.