Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində tələbələr saatlara soyuq otaqlarda oturmağa məhkumdurlar - Vəziyyət düzəlmir ki, düzəlmir...

7-12-2022, 10:18           
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində tələbələr saatlara soyuq otaqlarda oturmağa məhkumdurlar -
Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini, ictimai fəal, 1-ci qrup hərbi əlil Məhəmmədəli Səmədov tərəfindən ölkə rəhbərliyinə və aidiyyəti orqanlara ünvanan müraciətdə deyilir:

Cənab Prezident! Bildirmək istəyirəm ki, hər il olduğu kimi, bu il də Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində təhsil alan tələbələr saatlarla soyuq otaqlarda oturmağa məhkumdurlar. Əslində ötən il, qış fəslinin ilk çağlarında da eyni vəziyyət yaranmışdı, lakin sosial şəbəkələrdə işıqlandığı üçün problem öz həllini tapdı. Təəssüflər olsun ki, bu il də tələbələr eyni acı taleyi yaşamaqdadırlar. Soyuqdan tir-tir əsən tələbələrə baxanda adamın ürəyi parçalanır. Axı o, tələblərin hər biri bir ailənin üzvi, ölkəmizin isə parlaq gələcəyidir. Valideynləri onları keşməkeşli şəraitdə, əzab-əziyyətlərə qatlaşaraq böyüdüb, boya-başa çatdırıb, gələcək həyatlarının puç olmaması üçün təhsil almağa yollayıbdır.

Keçən ilə nisbətən, bu il bəzi otaqlar qismən istiliklə təmin olunsa da, əksər otaqlar buz kimidir. Şübhəsiz ki, kollecin rəhbər vəzifəsizdə işləyən müəllimlərin otaqlarında temperator qaydasındadır, necə ki, nazir Emin Əmrullayevin oturduğu kabinet və Təhsil Nazirliyi elədir.

Bəs görəsən sosial şəbəkələrdə adı daima korrupsiya və rüşvət ocağı kimi hallanan Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində tələbələrdən mənimsənən milyonlardan kimlər faydalanır?! İnsaf dinin yarısıdır. Heç olmazsa, ən azından qazandıqları o haram pulların bir qismi ilə tələbələrin sağlamlığını nəzərə alsınlar.

Ümid edirik ki, məsələ tezliklə obyektiv, araşdırılacaq, Göyçay DİTK-nın da bütün otaqları nazir Emin Əmrullayevin kabineti kimi hər il isti olacaqdır.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.