Hacı İbrahim Nehrəmlini bitirən iqtisadi sabotaj - "Vasyuki layihəsi"nii xatırladan "Xəzər adaları" mifi necə dağıldı?..

14-05-2015, 16:39           
Hacı İbrahim Nehrəmlini bitirən iqtisadi sabotaj - "Vasyuki layihəsi"nii xatırladan "Xəzər adaları" mifi necə dağıldı?..
Azərbaycanda gurultulu həbslər dalğası hamını şoka saldı. Əslində harınlamış oliqarxların və bankirlərin həbsi gözlənilən idi. Dövlətin pullarını mənimsəyən oliqarxların və onların övladlarının harınlığı hamını təngə gətirmişdi. Saxlanılanlar arasında “dilənçilikdən şahzadəliyə” yüksəlmiş Hacı İbrahim Hehrəmlinin şəxsiyyəti diqqəti daha çox çəkdi. Ekstravaqant, adı ətrafında qalmaqallar dolaşan, daima gözəl qadınların və bahalı avtomobillərin fonunda fotoqraflara poz verməyi sevən bu əyalətçi ilə cəmi bir neçə dəqiqə söhbət etmək kifayət edirdi ki, şoka düşəsən – bu intellektin sahibi bu qədər sərvətə necə sahib olub?

Qəzəbli, özünə məftun, ilk baxışdan gerizəkalı təsir bağışlayan Mirzə Cəlil əsərinin baş qəhrəmanını xatırladan bu insan qısa bir müddətə mətbuatı susdura, özü və şübhəli biznesi barədə məqalələrin dərcinə qadağa qoya bildi. Taleyin ironiyası bu idi ki, öz tərcümeyi-halını qramtik səhvlərsiz belə yazmağı belə bacarmayan Nehrəmli Hacı ölkənin mətbu orqanlarına şərtlər diktə etməyi bacardı. Onun Ostap Benderin “Vasyuki layihəsi”nii xatırladan “Xəzər adaları”na ciddi yanaşmaq, onu təbliğ etmək mətbuatının sevimli məşğuliyyətinə çevrildi. Pul pis qoxu vermir deyirlər. Əyalətçi bir sima, qanqster filmlərinə qəhərəman olmağa layiq bir biznesmenin sərsəmliyini təbliğ edən mətbuatın maraqları nə idi? Ritorik və primitiv sualdır. Bu ölkədə hələ ki pul hər şeyi həll edir. Lakin müəyyən müddətə qədər. Nəhayət ki, bu odioz simaya “dur”deyən tapıldı. “Xaç atası” filminin qəhrəmanını xatırladan bu tragikomik sima ölkədən neçə - neçə iş adamını qovmağa, həbs etdirməyə və yox etməyə qadir idi. Zəka probleminə baxmayaraq, Nemrəmli biznesmenin əli hər yerə çatırdı.



Hacı İbrahimin rəhbərlik etdiyi “Avesta” konserni 1996-cı ildən fəaliyyət göstərir. Konsernin tərkibinə “Azər-Ross” MTK, “Günel LTD”MMC, “Həsən-96” MTK, “Hüseyn-94” kiçik müəssisəsi, “İlkan”MMC, “Azər-Ross İk ”MMC və “SHIG INVESTMENT LTD” daxildir. “Avesta” tikinti biznesində əsas oyunçulardan hesab edilir. 1995-2000-ci illər ərzində Naxçıvan MR-nin Ali Məclisinin deputatı olub. Xaraxterindəki dikbaşlıq nəticəsində az qala hamı ilə, hətta ölkənin taninmış ictimai xadimləri olan qardaşları Nazim və Tağı İbrahimovlarla da münasibətlərini düşmənçilik həddinə çatdırıb. Bir neçə il öncə qətlə yetirilən iş adamı Əflatun Piriyevin qətlində nədənsə İbrahimin adı hallanmağa başladı. Maraqlısı budur ki, Ə. Piriyev də İ. İbrahimovla qohumluq əlaqələrinə malik idi.Düzdür, bu məsələdə Nemrəmli iş adamının günahkar olduğunu sübut edəcək faktlar ictimaiyyətə təqdim edilməyib və şaiyədən o yana getməyib. Buna baxmayaraq, tikinti materiallarının idxalı ilə məşğul olan distrübütor şirkətlərlə Hacı İbrahimin qarşıdurması bir çox şübhələrə əsas verir.
Hacı İbrahimin qurbanlarından biri olan iş adamı Elşad Məmmədov “Avesta” konserniinə daxil olan “Həsən - 96” MTK-nın tikdiyi çoxmərtəbəli binada ümumi dəyəri 355 min manat olan iki mənzil almasına baxmayaraq, mənzilinə sahib ola bilməyib. Məhkəmələrə baş vuran biznesmen heç nəyə nail ola bilməyəcəyini anlayaraq, Hacı İbrahimin süqutunu gözləməyə başlayıb.



Tikinti sektorunda inhisara nail olmaq istəyən Hacı İbrahimin adı ətrafında detektiv filmlərə süjet olacaq qalmaqallar dolaşmaqdadır.. Lakin iştah diş altındadır. Hacı İbrahim daha çox sərvət əldə etmək hərisliyinin qurbanına çevrilməli idi.
“Xəzər adaları”na 1 milyard manatdan çox vəsait xərclədiyini bildirən Hacı İbrahimin blef etdiyini hətta ən sadəlövh insan da dərk edir. Ekspertlər əmindirlər ki, ən yaxşı halda layihəyə 50-60 milyon manat xərclənib.



Nehrəmli iş adamı manatın devalvasiyaya uğraması, Rusiyadakı böhranın Azərbaycanın sərhədlərinə yaxınlaşdığı dövrdə möhtəkirliyini daha da artmağa başladı. Aydın məsələ idi ki, dövlət belə bir həssas zamanda İbrahim İbrahimova milyonları mənimsəməyə imkan verməyəcək.
Hacı İbrahim və saxlanılan bankirlərin sayəsində ölkədə iqtisadi sabotajın hazırlandığı ehtimalı da yaranmaqda idi. Özünü “Azərbaycanın Berezovskisi” hesab edən Hacı İbrahim iqtisadi böhran nəticəsində daha da varlanmaq arzusunda bulunurdu. Onun “Xəzər adaları”na qurban edəcəyi 125 milyard manata sabotajdan başqa ad vermək mümkün deyildi.

Ən maraqlısı Hacı İbrahimin müdafiəsinə AXCP və Milli Şuranın qalxmasıdır. Vaxtilə, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevi müdafiə edən müxalifət indi də Hacı İbrahim və saxlanılan bankirlərin hesabına qazanmaq istəyir. Əslində, rüsvayçı bir haldır. Onları hər addımda əzən Nehrəmli bizmesmen indi az qala demokratiya simvoluna çevrilib. Bizim müxalifətin əsl siması budur. Bizim müxalifət üçün başlıca dəyər maddi maraqlardır. Maliyyənin mənbəyi isə onları maraqlandırmır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.