"EVRASCON” ASC-də üsyan yetişməkdədir - Şirkət Abid Şərifovundur
15-05-2015, 11:48
Bakıda daha bir tikini şirkəti böhran içində çabalayır. Yanvardan işçilərin maaşını verməyən EVRASCON” ASC-də üsyan yetişməkdədir.
Bu barədə TİA.AZ-a veriən məlumatda deyilir ki, şirkətin rəhbərliyi işçilərin əmək haqlarını ödəmir. Artıq beş aydır ki, maaş ala bilməyən ASC əməkdaşları tətilə başlayıb. Onlar əmək haqlarını tələb edir və maaşa verilənə qədər işləməyəcəklərini bəyan edirlər.
Qeyd edək ki, bu firma Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində iri layihələrin həyata keçirilməsi ilə məşğul olan “Azərkörpü” ASC-dir. Sadəcə, adını dəyişib. Yeni adı “EVRASCON” ASC-dir. Qeyd edək ki, “Azərkörpü” Bakı şəhərində SSRİ-nin Nəqliyyat tikintisi Nazirliyi yanında 1968-ci ildə yaradılmış və fəaliyyətə “Körpütikintidəstəsi-100” kimi başlayıb.
Bu müddət ərzində müəssisə Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində zəngin təcrübə toplayıb.
2001-ci ildə həyata keçirilən özəlləşdirmə nəticəsində şirkət səhmdar cəmiyyət statusunu alıb.
Onu da deyək ki, ASC-nin fəaliyyətində kifayət qədər yol verilən maliyyə maxinasiyalarından əldə olunan böyük miqdarda gəlirlər təyinatı üzrə xərclənməyib. Şirkətdə 5423 nəfərlə müqavilə bağlanılıb, Şirkətin baş nazirin müavini Abid Şərifovun patronajlığı altında fəaliyyət göstərməsi barədə məlumatlar var.
ASC mənfəət və əsas vəsaitlərin amortizasiyası hesabına kapital qoyuluşları edərək, 10 milyonlarla manat dəyərində əsas vəsait əldə edir. Buna baxmayaraq, nəzarət səhm sahibləri kapital qoyuluşlarının cəmiyyətin nizamnamə kapitalına yönəldilməsini əngəlləyirlər.
Onlar buna qarşı əsaslı arqument gətirməsələr də, səbəb aydındır.
Bu siyasətin nəticəsində mülkiyyətində olan az miqdarda səhmdən xırda məbləğdə divident alan səhmdar əvvəl-axır ondan yaxa qurtarmaq