Eldar Mahmudov daha bir nazirdən böyük “xərac” alıbmış…

2-06-2016, 17:35           

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun rəhbəri olduğu nazirlikdə yaratdığı mütəşəkkil cinayətkar dəstə təkcə sahibkarlardan, iş adamlarından yox, yüksək vəzifəli məmurlardan da “xərac” alırmış.

Virtualaz.org bir müddət əvvəl MTN generallarının Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovdan şantaj və hədə ilə külli miqdarda pul aldıqları barədə yazmışdı. Demə, T.Əhmədov Eldar Mahmudov bandasının qurbanı olan yeganə məmur deyilmiş.

“Azadlıq” qəzetinin yazdığına görə, Eldar Mahmudov vəzifəsini itirməzdən bir neçə ay əvvəl Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin də 2 milyon pulunu alıb. Belə ki, Əhməd Əhmədzadə ətrafında əməliyyat hazırlayan MTN rəhbərliyi cəmiyyət sədrini hansısa maliyyə fırıldağında günahlandırmaq istəyib. Bu əməliyyata isə həbs olunduqdan sonra özünü asan MTN Anti- terror Mərkəzinin sabiq rəis müavini İlqar Əliyev rəhbərlik edib.

Qəzet yazır ki, çıxılmaz vəziyyətdə qalan Əhməd Əhmədzadə ətrafındakı şəxsləri həbsdən qorumaq üçün tələb olunan 2 milyon manatı verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.