Gömrük polkovnikinin şəxsi təyyarəyə ehtiyacı var
2-06-2016, 23:26
Miryunis İsayev Xətai rayonunda özünün 300 minlik “Mercedes”i ilə oliqarx imici yaradıb
Bir müddət öncə Qafqaznews.az olaraq gömrük polkovnikinin 300 min dollarlıq “Mercedes” avtomobilində gəzməyindən söz açmışdıq. Hətta bildirmişdik ki, Dövlət Gömrük Komitəsi Miryunis İsayev barəsində məlumat vermək istəmir … Yazımızda Miryunis İsayevin gömrük polkovniki olması və onun bahalı avtomobil kolleksiyası olduğunu vurğulamışdıq. Və oxucularmıza söz vermişdik ki, göIMG-20160408-WA0002mrük polkovnikinin avtomobil kolleksiyasına öz yazımızda geniş yer ayıracağıq. Əldə etdiyimiz məlumata görə Miryunis İsayev 10 -CA- 500 dövlət nömrə nişanlı qara rəngli “Mercedes” S klass 500 markalı, qiyməti 300 min dollar dəyərində olan avtomobili əldə edib. Düzdür, o məmur olduğu üçün avtomobili başqa bir şəxsin adına sənədləşdirilsə də həmin avtomobilə oğlu- İsayev Cavid Miryunis oğlunun adına etibarnamə verilib.
Əldə etdiyimiz məlumata görə, axşamlar işdən sonra hətta gömrük polkovniki harasa istirahət etməyə gedərkən belə, bu avtomobilə onun etibarnaməsi olmasa da, özü idarə edir. Avtomobil hər axşam onun Xətai metrostansiyasının arxasında, yaşadığı binanın altındakı qarajda saxlanılır.
Sual yaranır: Aylıq maaşı 1000 manat civarında olan bir məmurun 300 min dollar pulu hardandır ki, axırıncı model “Mercedes” S klass 500 markalı avtomobildə gəzir. Biz məsələ ilə bağlı, hələ aprelin əvvəlində Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xi35460dmətinin rəhbəri Natiq Axundovla əlaqə saxladıq. O Miryunis İsayevi tanımadığını və onun haqqında məlumat əldə edib tezliklə bizə bildirəcəyini dedi. Lakin hələ də bir nəticə yoxdur, dəfələrlə etdiyimiz zənglər isə cavabsız qalıb.
Qeyd edək ki, İsayev Miryunis Muxtar oğlu barədə saytımızda yazı dərc olunduqdan sonra 10 -CA -500 nömrəli “Mercedes” S klass 500 markalı avtomobil şəhərdən yoxa çıxmışdı və çox güman ki, Gömrük Komitəsinin rəhbərliyi tərəfindən də Miryunis İsayev bu avtomobilə görə cəzalanmışdı. Hətta öyrəndiyimizə görə, M.İsayevə tapşırmışdılar ki, bir müddət maşını “adam arasına çıxarmasın” və mətbuatın yadından çıxsın. Lakin bu yazılardan 2 ay keçməmiş, Miryunis İsayev yenidən öz “qırat”ını nümayişə çıxarıb və artıq Xətai metrosu yaxınlığında yaşayan hər kəsin nəzərlərini özünə cəlb etməkdədir.
Axundov_NatiqMəsələn, iyunun 1-də əməkdaşlarmız Xətai rayonu Süleyman Vəzirov 11 də 10 –CA- 500 nömrəli avtomobildə Miryunis İsayevi görüblər. Özünə arxayın olan bu şəxs elə bil gömrük polkovniki deyil, əksinə hündür dağları yaradan oliqarx kimi həmin avtomobildə əyləşərək şəhəri seyr edirdi. Biz məsələ ilə bağlı, bir neçə gün Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətinin rəhbəri Natiq Axundovla əlaqə saxladıq. O Miryunis İsayevi tanımadığını və onun haqqında məlumat əldə edib tezliklə bizə bildirəcəyini dedi. Lakin hələ də bir nəticə yoxdur, dəfələrlə etdiyimiz6622 zənglər isə cavabsız qalıb. Çox güman ki, Natiq Axundov jurnalistlərlə əlaqə saxlamaq əvəzinə gömrük oliqarxların hüquqların müdafiə kampaniyası ilə məşğul olur.
Ötən yazılarımızın birində də Natiq Axundovun mətbuata hörmətsizliyi haqda yazmışdıq. Ehtiram Xəlilovla bağlı şikayətin araşdırılması zamanı, DGK-nın mətbuat katibi Natiq Axundov əməkdaşımızın üzünə dəstək atmışdı. Bu, artıq “bizimkilər nə edirsə, düz edir” cavabından başqa heç bir mənaya gəlmir. Görünür, Miryunis İsayev kimi məmurlar Natiq Axundov kimi həmkarına güvənərək gələcəkdə nəinki 300 min dollarlıq avtomobil, hətta şəxsi təyyarə də əldə edəcəklər. Araşdırmamız davam edir, bizi izləyin.