Peşə Təhsili Agentliyi tələbələrin başına oyun açır – ŞİKAYƏT

25-02-2023, 10:54           
Peşə Təhsili Agentliyi tələbələrin başına oyun açır – ŞİKAYƏT
TvPress.Az-ın redaksiyasına keçmiş dəmiryol işçisi tərəfindən şikayət məktubu göndərilib. Məktubu olduğu kimi oxucularımızın və müvafiq təşkilatların diqqətinə çatdırırıq.

Hörmətli redaksiya. Dəmir yolundan məcburi şəkildə öz imzamızla mədəni surətdə kütləvi olaraq bizi işdən qovdular. 2 min manat da təzminat aldıq. Qərara gəldim ki, borc həmişə var, pulu dəyərli yerə yatırım, xərcləməyim. Getdim Bakı şəhəri, Təbriz küçəsi 17 ünvanında yerləşən Dəmiryolu və Metropoliten üzrə dövlət peşə təhsil mərkəzinə. Zülfüqar Əsgərov adlı rektora yaxınınlaşdım və dedim ki qiyabi oxuya bilərəmmi, çünki işə gedirəm. Zülfüqar müəllim dedi ki, ölkədə bu il ilk dəfə gecə növbəsi olacaq, ödənişli istəsəniz oxuya bilərsiz. Dedim lap yaxşı, mənim 11 illik təhsilim yoxdur, 9 illik varımdır, qəbul edirsinizmi, əgər qəbul etməsəniz, vaxtım var, gedim rayona regional təhsil idarəsinə müraciət edim, 11 illik təhsilimi alım. Zülfüqar müəllim dedi ki, ilk dəfədir axşam qrupu təşkil olunur, ona görə də mən də dəqiq bilmirəm, gözləyin Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyindən soruşum. Soruşdu və qəbul etdilər. Sentyabrda tam sənədlərimi topladım verdim, pulumu da ödədim- 2 dəfəyə 650 manat.

Kurs 1 illik idi və başladım oxumağa, daha doğrusu vaxt itirməyə. Səhər saat 7-də evdə çıxıb küçə süpürməyə gedirdim 28 may metrosu ərazisinə. 283 manat maaşla. 17.30-da işdən çıxıb yolpulu verməyim deyə Peşə məktəbinə piyada qaça-qaça getmişəm, 5 ay zülüm çəkmişəm evə saat 11-də gəlmişəm. Gecə mütamadi olaraq yoxlama gəlirdi məktəbə. Nəyi necə yoxlayırdılarsa, düz gəlib düz də gedirdilər. 5 ay sonra ayıldılar ki, bıy, biz səhv etmişik, 11 illik attestatı olmayanları çıxartdılar və məktəbdən qovdular. Ödədiyiniz pulu geri almaq üçün də yeni bank hesabı açın deyirlər. Mən təbii ki, qəbul etmədim. Lap mənə ödədiyim pulu geri verdilər, bəs 5 ay çəkdiyim əziyyət, qarda-qışda zülümlə gecə yollarda qalmağım, bunu necə ödəyəcəksiz. Peşə Təhsili Agentliyi deyir məktəb günahkardır, məktəb də deyir agentlik. İndi siz deyin kimdir günahkar?

Hörmətlə- Ballı İbrahimova

Redaksiyadan.

Ümidvarıq ki, Elm və Təhsil Nazirliyi vətəndaşın pozulmuş hüququnu bərpa edəcək və ona dəyən zərərin ödənilməsini təmin edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.