Leyla Əliyevanın adından istifadə edən şirkət sakinləri etiraz aksiyalarına başlamağa məcbur etdi (VİDEO)

27-02-2023, 08:54           
Leyla Əliyevanın adından istifadə edən şirkət sakinləri etiraz aksiyalarına başlamağa məcbur etdi (VİDEO)
Lənkəranın Təngivan kənd sakinləri müvafiq dövlət qurumlarının ekologiyaya qənim kəsilən “Profco” MMC-yə qarşı hərəkətsizliyinə etiraz olaraq olaraq aksiyalara başlayıb.

AzToday.az xəbər verir ki, fevralın 24-də kənd sakinləri Lənkərançayın yatağını vəhşicəsinə məhv edən MMC-nin işini dayandırmağa çalışıblar. Amma polis sakinləri ərazidən uzaqlaşdırıb.

Sakinlərdən biri intihara belə cəhd göstərib.

“Profco” MMC ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Baş Prokurorluğa müraciət etsə də, Şaiq Həsənov və rəhbərlik etdiyi şirkətlə bağlı heç bir tədbir görülməyib. Əksinə MMC rəhbərliyi günbəgün çayın yatağının məhv edilməsi prosesini intensivləşdirməkdədir.

Sakinlərin iddiasına görə, Şaiq Həsənov hər yerdə Prezident İlham Əliyevin qızı Leyla Əliyeva ilə sinif yoldaşı olduğunu bildirməklə aidiyyati dövlət qurumlarına təzyiq edir:

Şaiq Həsənov Lənkəranın Təngivan kəndində 10 il öncə açdığıkarxana ilə kəndi yerlə-yeksan edib, torpaq, örüş, yol, körpü, işıq dirəkləri, su quyuları saxlamayıb, əhaliyə dinclik vermir. Kəndlilər bu haqda illərdir davamlı bütün qurumlara kollektiv şikayət etsələr də, sosial şəbəkələrdə bağırsalar da, dövlət qurumları Şaiq Həsənovun qarşısını nəinki almır, əksinə, əhalini susdurmaqda ona dəstək olurlar…”

Sakinlər ümid edirlər ki, müxtəlif ekoloji layihələr həyata keçirən və təbiətin qorunmasında ardıcıl fəaliyyət göstərən Leyla Əliyeva adının Şaiq Həsənov kimi təbiət düşməni ilə birgə çəkilməsinə qarşı dözümlü yanaşmayacaq…

Qeyd edək ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları fevralın 24-də növbəti dəfə “Profco” MMC ilə bağlı akt tərtib edərək, Baş Prokurorluğa təqdim edib.

Son günlər Təngivan sakinləri “Profco” MMC arasında yaşanan qalmaqal barədə daha ətraflı video-sujetlərdə:
22" height="406" src="https://www.youtube.com/embed/Cf0j88CvWcM" title="24 fevral.Sakinlər çadır qurdu və Baş Prokurorluğa səsləndi. 2 ildir niyə işi dondurublar.. Karxana" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" allowfullscreen>













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.