Ağdamın icra başçısından ABSURD QƏRAR... - BU NƏDİ BELƏ?

4-03-2023, 10:16           
Ağdamın icra başçısından ABSURD QƏRAR... - BU NƏDİ BELƏ?
2021-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Böyük Britaniyanın MAG (Mines Advisory Group) qeyri-hökumət təşkilatı Anlaşma Memorandumu imzalanıb.

Bu sənəd çərçivəsində MAG tərəfindən ANAMA əməkdaşlarına xüsusi təlimlərin keçirilməsi, minalardan təmizləmə fəaliyyəti sahəsində məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulurdu. Həmin vaxt ANAMA tərəfindən bəyan olunmuşdu ki, Azərbaycanda layihənin icrası ABŞ və Kanada dövlətlərinin maliyyə vəsaiti hesabına həyata keçiriləcək.

Hurriyyet.az-ın əldə etdiyi məlumata əsasən, ANAMA və MAG-ın birgə fəaliyyət planı çərçivəsində bu günlərdə Ağdamda minatəmizləmə işlərinə start verilib. Bildirilir ki, rayon ərazisində minaların sürətli təmizlənməsi üçün yeni işçilər qəbul olunur və onlara MAG mütəxəssisləri tərəfindən təlim keçirildikdən sonra, minaların təmizlənməsi prosesinə cəlb edilirlər.

Qeyd edək ki, yeni işçilərin qəbulu məsələsi Ağdam rayon İcra Hakimiyyətinin nəzarəti çərçivəsində aparılır. Bu haqda redaksiyamıza məlumat verən mənbə bildirir ki, İcra Hakimiyyətinin əməkdaşları iş üçün MAG şirkətinə müraciət edən şəxsləri bir-bir gözdən keçirir, ağdamlı olmayanların sənədləri qəbul edilmir. “İcra Hakimiyyətinin nümayəndələri şirkətin qarşısında durur ki, burda yalnız ağdamlılar çalışa bilər”, - deyə mənbə bildirir.

Bu baxımdan, digər rayonlardan olan vətəndaşlar etiraz edirlər ki, Ağdam rayon İcra Hakimiyyətinin vətəndaşlar arasında ayrı-seçkilik salması doğru deyil və açıq-aşkar bölücülük fəaliyyətidir.

Hurriyyet.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.