`PAŞA BANK`ın əməkdaşı vətəndaşa RƏSMİ ŞƏKİLDƏ QARĞIŞ ETDİ - BU NƏDİ BELƏ?

8-04-2023, 09:35           
`PAŞA BANK`ın əməkdaşı vətəndaşa RƏSMİ ŞƏKİLDƏ QARĞIŞ ETDİ - BU NƏDİ BELƏ?
Ötən ilin iyun ayında yazıçı - ssenarist Şəfaqət Cavanşir qızı Mirzəyevanın "Cinamazadeh" kino şirkətinin rəhbəri Cəfər Axundzadə barəsindəki şikayəti sosial şəbəkələrdə və sosial medialarda yayımlamışdı.

Xanım şikayətində bildirirdi ki, o 2019-cu ildən "Atv" kanalında yayımlanan "Ofis işi" adlı komediya serialında redaktor və ssenarist olaraq çalışır və sözügedən şirkət onun bir neçə aylıq əmək haqqını verməyib. Xanım pulunu tələb etdikdə isə şirkətin rəhbəri Cəfər Axundzadə onunla kobud davranıb. "Ürəyim nə vaxt istəsə, onda verəcəm pulunu", deyib.

Əlqərəz...

Biz mövzunu çox uzadıb, izləyicilərimizi yormadan mətləbə keçərək, bildiririk ki, bu xoşagəlməz çəkişmə uzun sürdüyü üçün Şəfaqət Mirzəyeva Cəfər Axundzadə barəsində məhkəməyə müraciət edib və iddiası qaldırıb.
Məhkəmə haqlı olaraq, Şəfaqət Cavanşirin xeyrinə yekun qərar qəbul edib. Məhkəmə qərarına əsasən şirkət qalan məbləği hər ay 300 (üç yüz) AZN olmaqla xanıma hissə-hissə ödəməlidir.

Əvvəllər ödəmədə bəzi problemlər, gecikmələr filan oldu ki, bunu da xanım böyütmədən icraçı ilə danışaraq, sivil qaydada yoluna qoymağı bacardı. Özünün də qeyd etdiyi kimi bu davranışı ilə o heç bir qərəzi olmadığını, sadəcə qanuni haqqını tələb etdiyini bir daha bildirmiş oldu.

Lakin, görünür qarşı tərəf olan "həm suçlu, həm güclü" Cəfər Axundzadənin "ürəyi soyumayıb". O bu dəfə xanıma qarşı 'kobudluğu"na ödənişlərin həyata keçirilməsində vasitəçi olan "Paşabank"ın bəzi əməkdaşlarını da cəlb edib.

Fotoya diqqət !


"Burnundan gəlsin"... - Bank müştərisinə verdiyi qəbzdə qarğış edib? - FOTO
Bu foto "DogruXeber.az" redaksiyasına yazıçı-ssenarist Şəfaqət Cavanşir (Mirzəyeva) tərəfindən göndərilib.

Gördüyünüz kimi, 150 (yüz əlli" AZN ödəniş üçün bankın verdiyi qəbzdə "Burnundan gəlsin gələcəkdə" sözləri xüsusi olaraq böyük hərflərlə qeyd edilib.

Cəfər Axundzadədən bu kimi davranış xanımın da bildirdiyi kimi gözləniləndir. Lakin, qosqoca "Paşabank"ın bu acığını, hirsini anlamaq olduqca ağlasığmazdır.

Doğrudan da düşündükcə adam bunun nə məntiqlə, nə rəsmiyyətdə cavabını tapa bilmir.

Bankın vətəndaşa qarşı bu "hiddətli mesajı" redaksiya olaraq, bizə də qəribə gəldi. Odur ki, yayımlamadan bankın açıqlamasını öyrənmək üçün rəsmi internet səhifəsində yerləşdirilmiş əlaqə nömrəsi vasitəsilə "Paşabank"ın baş ofisinə zəng etdik. Dəstəyi qaldıran operator xanım e-mail ünvanlarına rəsmi müraciət göndərməyimizi bildirdi.

- "İnternet səhifənizdəki email ünvanına göndərəkmi", - deyə soruşduq.

Xanım, - "Xeyr, mən indi sizə email ünvanı göndərəcəm"- dedi.

Lakin, xanım sonra nə ünvan göndərdi, nə də yenidən əlaqə saxladı.

Belə olan təqdirdə, biz internet səhifəsində yerləşdirilmiş email ünvanına "DogruXeber.az" olaraq, rəsmi müraciət göndərdik. Lakin, bir iş günü keçməsinə baxmayaraq, bank tərəfindən müraciətimizə heç bir reaksiya bildirilməyib.

Mövzuya təkrar qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.