"Əkin-biçin mal -qara saxlaya bilməyən əhali orda necə məskunlaşacaq?" - Kəlbəcər sakinindən məntiqi sual..

10-04-2023, 10:04           
"Əkin-biçin mal -qara saxlaya bilməyən əhali orda necə məskunlaşacaq?" - Kəlbəcər sakinindən məntiqi sual..
Kəlbəcər sakini Hüseyn Əliyev işğaldan azad olunmuş rayonlarda kəndlərin birləşdirilməsi məsələsinə münasibətini bildirib. Hüsen Əliyev iazır:
İşğaldan azad olunmuş rayonlarda kəndlərin birləşdirilməsi yenidən gündəm olub.
Bu rayonlar arasında Kəlbəcərin xüsusi sipesifik xüsusiyyətləri var.burda hər kəndin danışıq ləhcəsindən tutmuş öz adət-ənənələri var.
Danışaq öz kəndimizdən Kəlbəcər rayonu Çorman kəndi kənd cox qədim tarixə malikdir burda 9-cu və 10-cu əsrə aid iki Alban məbədi mövcud olub.məbədin birinin hasarının qalıqları hələ də qalır.kənddə su dəyirmanı da mövcud olub.
Kəndin güney ərazisində qədim yaşayış məskənlərinin qalıqları hələ də qalır ən coxu da güney Kalafalıq deyilən hissəsində.
Yaylaq sahəsində yükdək bir təpəlikdə Qırib qəbristanlıgı var ki tarixi məlum deyil
Kənd ərazisində yerləşən daha bir qədim yaşayış məskəni Köhnə kənd mövcuddur. hansı ki deyilənlərə görə dörd kənd burdan ayrılıb.indiki Çorman Keciliqaya Qaragüney və Zülfüqarlı.
Kəndin cox gözəl təbiəti var.O vaxt deyərdilər ormana gəl Çormana gəl.Kəlbəcərdə ən böyük meşə sahələri olan kəndlərdən biridir bəlkə də birincidir.burda 1isti-su 1turş su 85-dən artıq bulaq 13 şəlalə 20 dən artiq xirda çay və nisbətən bir böyük çay mövcuddur.cox gözəl yaylaqları var.
Aran Qarabağdan və Şirvandan olan Elat camaatı Çiçəkli Göy bulaq və Dükanlı yaylaqların yaxşı xatırlayarlar.
Belə bir kəndi tərk etmək unutmaq ən azından tariximizə agır zərbədir.
Kecək əsas məsələyə kəndin birləşdirilib salınacaq yer başqa kəndin ərazisinə yaxın yer təxmin olunur ki bu da əkin-bicin və otlaq sahələrindən 15-20 km aralı düşür.belə cıxır ki səhər mal-qaranı maşına yığıb aparmalıyıq örüşə axşam da maşına yığıb gətirməliyik. onda biz ora turis kimi qayıdacağıq axı ora qayıdan əhalinin əsas dolanışıq mənbəyi təsərfütat olmalıdır. Əkin-biçin mal -qara saxlaya bilməyən əhali orda necə məskunlaşacaq?
Görəsən müvafiq dövlət orqanları bu barədə düşünürlərmi ??
Teref.az olaraq səlahiyyətli orqanların cavabını gözləyirik!Q
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.