"48 manata aldığım "pesok"u indi 78 manata alıram" - NARAZILIQ...

18-04-2023, 08:29           
"48 manata aldığım "pesok"u indi 78 manata alıram" - NARAZILIQ...
57 yaşlı Abdulsəməd Davudov Zaqatalanın Car kəndində yaşayır. Dolanışığı arıçılıqdan çıxır, amma satışdan gileylənir. Deyir, məhsulu hazırlamaq bir dərd, satmaq başqa dərd.

Abdulsəməd kişi dolanışığının zəif olmasına səbəblərdən biri kimi illərdir quru sərhədlərin bağlı olmasını göstərir. Deyir, əvvəllər turistlər çox gəlirdi, onlara bal sata bilirdi. Deyir, sərhədlərin bağlı olması təkcə balın satışına deyil, aldığı məhsulların qiymətinə də təsir edir. Deyir, hazırladığı balın qiyməti dəyişmir, amma xərci günü-gündən artır.

İqtisadçı Toğrul Vəliyev deyir, sərhədlərin bağlı qalması turizm iqtisadiyyatına ciddi təsir edib. Sərhədyanı bölgələrdə yaşayan insanlar üçün isə bu, ciddi qiymət artımına səbəb olub. İqtisadçı sərhədlərin açılmasını həm də alternativ imkanların yaranmasına gətirib çıxaracağını bildirir.

Nazirlər Kabinetinin 21 fevral 2023-cü il tarixli qərarına əsasən ölkənin quru sərhədləri mayın 1-dək bağlı qalacaq. Ölkənin quru sərhədləri isə artıq 3 ildir bağlanıb.

Carda boş qalan kafelər də, sakinlər də sərhədlərin açılmasını səbrsizliklə gözləyir. O da karantin müddəti artırılmasa.

Toplum TV












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.