Azay Quliyev pulu görün, KİMLƏRƏ VERDİ... - ETİRAZ

26-05-2023, 21:29           
Azay Quliyev pulu görün, KİMLƏRƏ VERDİ... - ETİRAZ
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il kiçik qrant müsabiqəsinin qaliblərini elan etməsi hökumətə yaxın olan bir sıra QHT-lərin narazılığına səbəb olub.

TEREF.AZ-ın Gununsesi.info-ya istinadən xəbərinə görə, Agentlikdən qrant ala bilməyən çoxsaylı QHT təmsilçiləri sosial şəbəkələrdə ittihamlar səsləndirib.

Həmin ittihamlarda bildirilir ki, Agentlik özünün Müşahidə Şurasının üzvünə 20 min manat qrant ayırıb.

Bu şəxs Nurəddin Mehdiyevdir. Mehdiyev “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyinin ““Qərbi Azərbaycanın tarixi və mədəni irsi” mövzusunda respublika elmi konfransının keçirilməsi” layihəsinə 20 min manat vəsait alıb.

Vətəndaş cəmiyyəti təmsilçilərindən biri olan Cəsarət Hüseynzadə yazır ki, aidiyyatı qurumlar Müşahidə Şurasının bəzi üzvlərinin ətrafındakı QHT-ləri araşdırmalıdır.

O, həmçinin bunları deyib: “QHT Agentliyi telefonla foto və video çəkənlərə yaxşı pul ayırır.
Bundan sonra biz də o yolu gedərik”.

Aydın Xan Əbilov adlı QHT rəhbəri isə Agentlik rəhbərliyini sərt ittiham edib: “QHT Agentliyinə dəxli olmayanlar, kimlərinsə tanışı, məmur olaraq səhlənkarlığına görə işdən çıxarılanlar, QHT Agentliyinin rəhbərliyinə – icraçı direktor gətiriləndən sonra isə, durum biabırçı vəziyyətə düşdü.
İndi hər kəs bunu bilir, amma şikayət edəsi yerlərimiz yoxdur: SSRİ-ni pisləyənlər, onda yenə bilirdin harasa şikayət edəndə bir nəticəsi var, indi isə şikayətlər elə adamın özünün üstünə və şikayət subyektinin rəhbərinə göndərilir, sonu isə ya mühacirət, ya da…
Müsabiqənin nəticələri dəhşətlidir, bir neçə ər-arvadın sədri olduğu QHT-yə toplam 40 min büdcə pulunu kimlər bağışlayır?












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.