Tikinti hasarları arxasında MƏHV EDİLƏN YAŞILLIQ... - Bunun hesabını KİM VERƏCƏK?

13-06-2023, 10:28           
Tikinti hasarları arxasında MƏHV EDİLƏN YAŞILLIQ... -
Ulu öndər Heydər Əliyev deyirdi, "“Bir ağacı kəsən sanki mənim bir qolumu kəsir".

Şəhərin - daha doğrusu ölkənin son illərdəki ekoloji durumuna baxanda adama elə gəlir sanki, İcra Hakimiyyəti başçıları və ekologiyaya Cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi ulu öndərimizdən nəyinsə "qisasını alır".

Şəhərin harasına baxırsan yaşıllıq ağacları hasara alınıb, kəsilməyə hazır "qurbanlıq qoç" kimi gözləyir.

Baxın !

Dəfələrlə "DogruXeber.az" informasiya portalında paytaxtın 20 yanvar küçəsindəki, 20yanvar dairəsindəki, Mətbuat prospektində - Ekspermantalni xəstəöananın yanındakı, həmçinin "Qızıl tac" şadlıq sarayının qarşısındakı kəsilməyə hazır yaşıllıq ağacları, Tiblisi prospektində "İST petrol"un yanında, konstruksiyalarla inşa edilmiş restoranın içində qalan məhvə məhkum çoxillik şam ağacları, Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutunun arxasında - Əlillərin Bərpa Mərkəzinin həyətində kəsilən çoxillik şam ağacları və sair barəsində təkrar-təkrar məlumatlar yayımlanıb. Eyni zamanda həmin məlumatlar tərəfimizdən rəsmi olaraq, ETSN-ne göndərilib və şəxsən ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovaya telefon vasitəsilə bildirilib.

Amma ki, çifayda...

İndi də növbədə Səməd Vurğun küçəsində - "AFF Mall" biznes mərkəzinin yanında:



Və Yasamal rayonu Murtuza Muxtarov 161 ünvanındakı bu "qurbanlıq" ağaclar hasara alınıb "amansız taleyin başlarına sardığı" Muxtar Babayevin "vəzir-vəkillərinin edam əmrini gözləyirlər".



Ehh... Hələ bu harasıdır?!...

Hələ siz Xətai rayon İcra Hakimiyyəti binasının düz yanında fəaliyyət göstərən iaşə obyektinə tikinti materialı olan çoxillik şam ağaclarını görməmisiniz. Hansı ki, o ağaclara aqrar xidmətlərin necə göstərilməsi, daha doğrusu ümumiyyətlə göstərilib-gostərilməməsi belə sual altındadır.

Təkrar edirik, bu hal düz Xətai rayon İcra Hakimiyyəti binasının bir neçə addımlığında fəaliyyət göstərir. Belə olan halda isə Rafiq Quliyevin hələ yerlisinin (sabiq İcra başçısı Razim Məmmədovun) müavini olduğu dövrlərdə rayon ərazisindəki yaşıllıqlara qənim çıxması, həmçinin yaşıllıqları məhv edib yerində özünə kafe açdığı barəsindəki məlumatların heç yalan şayiə olmadığı anlaşılır.

İndi də "8 noyabr" (keçmiş Nobel) prospekti, "Zığ şossesi" boyunca yaşıl ağaclar olan yerlərdə tikintilər aparıldığı da bu günün acı reallığıdır.

Qeyd edək ki, Xətai rayonu qanunsuz ağac kəsimi və qanunsuz tikintilərilə son illər sosial mediaların gündəmində özünəməxsus "reytinqini qoruyub saxlamaqdadır".

P.S: M.Muxtarov 161, Səməd Vurğun küçəsi və haqqında bəhs etdiyimiz bütün "qurbanlıq" yaşıllıq ağaclarının taleyi barəsində məlumat verəcəyik.

Mövzu diqqətimizdədir !

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.