AAYDA Saleh Məmmədovun şəxsi biznesi kimi…

19-06-2023, 08:04           
AAYDA Saleh Məmmədovun şəxsi biznesi kimi…
SALEH MƏMMƏDOVUN KADR İSLAHATLARI PREZİDENTİ RAZI SALACAQMI?

Redaksiyamıza “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”ndə yaşananlarla bağlı maraqlı yazı daxil olub. Yazıda adları hallanan tərəfləri dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu…

Aktuallığını nəzərə alıb yazını müəyyən düzəlişlərlə dərc edirik:

“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nin (AAYDA) rəhbərliyinin YOL çəkmək adı altında son illərdəki fəaliyyəti konkret olaraq, dövlətimizin başçısının bu istiqamətdə yürütdüyü siyasətə ziddir desək, yəqin ki, yanılmarıq. Yəni, agentliyin sədri Saleh Məmmədovun rəhbərliyi ilə çəkilən və 2-3 ildən sonar dağılan yollarımız Azərbaycan Respublikasının Prezidentinin bütün tapşırıq, çağırış və göstərişlərinə ziddir. Belə çəkilən YOLlar xalqmızın bütün mənfəətlərinə əks olsa da, AAYDA rəhbərliyinin tam mənfəətinə uyğundur.”

Xatırladaq ki, ölkə başçısı tərəfindən tez-tez dövlət qurumlarının müvafiq rəhbərlərinə düzgün, şəffaf işləməyi, korrupsiya hallarından yayınmağı, Azərbaycan Respublikasının qanunlarına əks getməməyi, insanların işinin daha asan həll edilməsini, dövlət qurumlarına və onun rəhbərlərinə vətəndaşların əlçatanlığının rahat olması, problemlərin aradan qaldırılması üçün uyğun köməkliklərin göstərilməsi və s. kimi tapşırıqlar verilir. Bu səbəbdən ölkə başçısı tərəfindən kadr, struktur, siyasi və iqtisadi islahatlar aparılır. Kök salmış qocaman və dələduz məmurlar vəzifələrindən uzaqlaşdırılır. Korrupsiyaların qarşısı nisbətən alınır.

Bəs görəsən AAYDA-da bu istiqamətdə nələr baş vermir???

“Şəxsi biznes” kimi idarə olunan AAYDA kimi dövlət qurumu Cavid Qurbanovun rəhbərlikdən getməsindən sonra tam yaşlı məmurların yığışdığı kantora çevrilmişdir. Sədr postuna Saleh Məmmədov təyin olunar-olunmaz öz yaşlı ətrafını mühüm vəzifələrə təyin etmişdir.

1. Sədr müavini Əvəz Qocayev – çalışdığı illər ərzində haqqında yüzlərlə mənfi məqalə yazılan bu şəxs illər ərzində sərvətlər sahibinə çevrilib. Sədr müavini Əvəz Qocayevin var dövləti barədə elektron kütləvi informasiya vasitələrində kifayət qədər məlumat tapmaq olar. Yəni,demək istəyirik ki, bu bir yenilik deyil. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində yüksək vəzifə tutan, rəhbər heyətdə çalışanların hansı bu kimi imkanlara malik deyil?

Əvəz Qocayevin Agentliyin sədri və digər müavin Hüsnü Quluyevlə aralarında baş verənlər haqqında əvvəlki vaxtlarda xeyli məqalələr yayımlanıb. Qısa olaraq deyə bilərik ki, bu şəxslər arasında dövlət resurslarının bölüşdürülməsi aparılır. Hazırda Ə. Qocayevin bu qədər yazılanlardan sonar passiv mövqeyə çəkilməsi və vaxtının çox hissəsinin digər məmurlardan fərqli olaraq dövlətin xidməti işinə həsr etdiyi bildirilir.

Verilən rəsmi və qeyri-rəsmi məlumatlarda bildilir ki, 1959-cu il təvəllüdlü Hüsnü Ələkbər oğlu Quliyev 1984-cü ildə birtəhər də olsa, Bakı Kooperativ Texnikumunun “Əmtəəşünaslıq” fakultəsini bitirib. Müxtəlif xırda özəl vəzifələrdə çalışıb. Və Saleh Məmmədov AAYDA sədri təyin edildikdən dərhal sonra Hüsnü də 2015-ci ildə yol sistemindən elementar savada və anlayışa malik olmasa da, AAYDA “Yolların Yaşıllaşdırlması” MMC-yə rəis təyin edilir. Və üstündən 1 il keçməmiş H. Quliyev AAYDA sədrinə müavin vəzifəsinə təsdiq edilir. Strukturun idarə edilməsi zamanı S. Məmmədovun bütün işləri məcburən H.Quliyevə həvalə etməsi, 1-ci müavin olan Ə. Qocayevdə müəyyən qıcıq yaratsa da, sonradan başa düşmüşlər ki, H.Quliyev heç də aydın zəkası və yüksək intellektual bacarığına görə birbaşa bu vəzifəyə təyin edilməmişdir. Bu adam 2002-ci ildə “Odlar Yurdu” Universitetinə adını yazdıraraq 43 yaşında “maliyyə və kredit” ixtisasına yiyələnmişdir ki, gələcəkdə karyerasını inkişaf etdirsin. Baxmayaraq ki, o 7-ci sinif səviyyəsində elə indi də adi bir kvadtarat tənlik həll etmək iqtidarında deyil. Belə də olur. H.Quliyev Naxçıvan MR-nın Babək rayonundan olduğuna görə və S. Məmmədovu təyin edən naxçıvanlı iri oliqarxın tövsiyyəsilə o sədr müavini vəzifəsinə təsdiq edilmişdir.

AAYDA sədrinin müavinləri Əvəz Qocayev və Hüsnü Quliyev

Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyev də AAYDA sədrinə yaxınlığı ilə tanınan, bütün gizli maliyyə sövdələşmələri, xarici ölkələrə (Əsasən Böyük Britaniya, Almaniya, Avstriya, Rusiya və Türkiyəyə) transferləri həyata keçirən, “blatnoy” MMC-lərlə pul haqq-hesabını (Sifarişlərin eyni MMC-lərə verilməsini) edən mühüm bir açar fiqurdur. Azərbaycan Dəmir Yolları İdarəsinin mühasibatlığında Ziya Məmmədovun qardaşı oğlu ilə işlədiyi dövrdə peşəkar bir maliyyə maxenatoru kimi staj qazanmış, formalaşmışdır. Dövlət vəsaiti hesabına milyonluq sərvətə yiyələnən bu şəxs çirkli pulları xarici ölkələrdə leqallaşdıra biləcək, ölkədə sayılı şəxslərdən bəlkə də birincisi hesab oluna bilər. Türkiyədə son prezident seçkilərində Klıçdaroğlunun da tam qələbəsi üçün hansı maliyyə əməliyyatları apardığını hələlik bilmirik.

AAYDA-nın Maliyyə “BOSSU” M.Həmzəyev

Necə oldu ki, Saleh Məmmədov sadiq adamlarını “qurban” verdi? -SƏDRİN “QAMBİT” GEDİŞİ

Agentliyin Aparat rəhbəri olmuş Tariyel Pənahov cənab sədrin yaxın həmyerlisi və dostu hesab olunurdu. T. Pənahovun da ən yaxın qohumu olan Agentliyin müşavirlərindən biri hesab olunan Fizuli Musayev bu vəzifəyə təyin edildikdən sonra uzun müddət kurasiyasında olan bəzi MMC-lərin adından istifadə edərək özlərinə xeyli var dövlət toplaya bilmişlər. Eyni zamanda özlərinə yaxın olan adamlara məxsus bu MMC-lərin direktorlarından bir çox işçisinə kimi öz dostları, qohumları və yaxınlarını yerləşdiriblər. Bundan əlavə olaraq, müəyyən böyük layihələrin icraçısı da məhz bunlara yaxın şəxslər olmuşlar.

Aparat rəhbəri Tariyel Pənahov rəsmi tədbirdə

AAYDA-nın digər hökmlü müşavirlərdən biri, Şahin İbadov. Sədrin müşaviri, beynəlxalq məsələlər üzrə müşavir, Nəqliyyat İdarəsinin rəisi və s. şöbə rəisliyi kimi digər vəzifələri icra etmiş bu şəxsin niyə bu qədər çox və tez-tez vəzifə dəyişməsi sual doğurur. Çox savadlı və etibarlıdır, yoxsa evin ərköyünüdür? Dəqiq deyə bilmərik. Şahin İbadov bir məmur olaraq çox qapalı adamdır. Vəzifədə olarkən hətta ona ən yaxın olan adamlar belə Ş. İbadovun əsl məqsədi, məramı, niyyəti barədə konkret nəsə hiss edə bilmirlər. Amma Hüsnü Quliyevdən fərqli olaraq S. Məmmədovla olan dostluq münasibətlərindən istifadə edərək başqa bir neçə MMC-lərin rəhbərliyinə də öz yaxın adamlarını rəhbər təyin etdirə bilmişdir.

AAYDA sədrinin müşaviri olmuş Şahin İbadov

Lakin sonralar nələr baş vermişdirsə Ş. İbadov karyersaı ilə vidalaşmalı olmuşdur.
AAYDA sədrinin qudası Avtomobil Yollarının Təmiri və İstismarı İdarəsinin rəisi Əflatun Qasımov sədr Saleh Məmmədovun qudasıdır. Saleh Məmmədov son 8 ildə bir çox böyük layihələrə rəhbərliyi məhz Əflatun Qasımova həvalə etmişdir. Sonradan vəzifə başına gələnlərdən olsa da, bu gün onun da dəyəri milyonlarla ölçülən var dövlətinin olması barədə məlumatlar var. Təkcə bir epizod üzrə onu demək kifayət edir ki, Əflatun Qasımov son 7 ildə Bibiheybət yolunun 3 dəfə üçması nəticəsində milyonlarla manat dövlət vəsaitini təyinatından kənarlaşdırıb. Bu şəxsin də, sərvəti və MMC-lər üzərindəki hakimiyyətilə seçilir.

S.Məmmədovun qudası və baş idarənin müdiri olmuş Qasımov Əflatun

Bir sözlə, Agentliyin hansı vəzifəli şəxsinə baxdıq, ailə üzvlərindən, öz qohumlarından və ya ən yaxınlarından kimlərisə AAYDA-da bir vəzifədə gördük.

Bunlara kim səlahiyyət verib ki, mühüm dövlət qurumunu öz şəxsi ailə biznesinə çevirsin? Büdcəsini öz mənfəətləri üçün istifadə etsin? Bu kimi dövlət qurumlarında kadr siyasətinin daha çox qohumçuluq və himayəçilik prinsipi ilə həyata keçirilməsi gündəlik həyatımızda vətəndaşların ən çox əziyyət çəkdiyi problemlərdən biridir. Əsas sual burda yaranır, Agentliyin sədri niyə bu qədər şərait yaradıb bunlara? Əlbəttə sədr öz qohumlarını Agentliyin ən mühüm vəzifələrinə yerləşdirərsə, onlar da özlərindən sonra öz qohumlarını, öz adamlarını yerləşdirmək istəyər və özbaşınalıqların sayı hesabı bilinməz.

Göründüyü kimi, qurumdakı hər bir aparıcı şəxsin dövlətin resursları və büdcəsi hesabına öz gəlir mənbəyi, sərvəti var. Və təbii ki, bu qanunsuz toplanmış sərvətlərin hamısı standartlardan kənar və son dərəcə keyfiyyətsiz çəkilmiş yolların hesabına başa gəlmişdir.

SALEH MƏMMƏDOVUN APARDIĞI KADR İSLAHATLARI NƏYİ DƏYİŞƏCƏK?

Əlbəttə ki, heç nəyi. Baxın, AAYDA-nın 70 yaşlı Aparat rəhbəri olmuş T. Pənahov və onun ən yaxın qohumu olan Agentliyin müşavirlərindən biri Fizuli Musayev, digər müşavir Şahin İbadov, qudası Əflatun Qasımov uzun müddət Agentliyin hesabına əsassız varlandıqdan sonar vəzifələrini S. Məmmədovun yaxın dostları, həmyerliləri və qohumları kimi tərk etmişlər. Bəs onları əvəzləyənlər görəsən necə kadrlardır? Məsələn, AAYDA-nın Aparat rəhbəri təyin olunmuş İlqar Əhmədov sabiq Vergilər naziri Fazil Məmmədovun ən yaxın adamlardan biri kimi, nazirlikdə yüksək vəzifələrdə çalışmışdır. İ. Əhmədov F. Məmmədova məxsus olan “ATA Holdinqin” təsis edilməsində və inkişafında yaxından iştirak etmiş şəxslərdən biridir. Belə bir holdinqin formalaşmasında isə qanunsuz vergilərdən toplanmış 4 milyard manatdan çox oğurlanmış və qanunsuz əldə edilmiş vəsaitlər hesabına formalaşmışdır. Elə ona görə də 10 yanvar 2018- ci ildə İqtisadiyyat naziri Mikayıl Cabbarov İlqar Əhmədov və onun kimi Vergilər Nazirliyinin daha 63 vəzifəli şəxsini uzun illər törətdikləri qanunsuz əməllərə görə işdən qovmuşdur.

Ortada AAYDA-nın Aparat rəhbəri İlqar Əhmədov və sağda Ə. Qasımovu əvəzləyən Kamran Əzizov

S.Məmmədov da cənab Prezidentin ən inandığı və etibar etdiyi nazir M. Cabbarovun qovduğu İlqar Əhəmova rəhbərlik etdiyi Agentliyə Aparat rəhbəri təyin etmişdir. Eləcə də, AAYDA-nın Texniki İdaerənin rəisi olmuş Kamran Əzizov da yol verdiyi ciddi nöqsanlara görə S.Məmmədovun özü tərəfindən işdən qovulmuş Kamran Əzizova bu ilin aprelində qudası Qasımov Əflatunun yerinə Yolların İstismarı və Təmiri Baş İdarəsinə rəis təyin etmişdir. Cənab S.Məmmədov apardığı son kadr islahatları ilə əvvəlcə günü gündən dövlət və xalq arasında olan qalan nüfuzunu qorumaq üçün islahat adı altında atılmış addım hesab etmək olar. Sonuncu kadr islahatı isə əqrəbin önun üzərində dayandığı zaman həyata keçiriləcəkdir. Belə ki, cənab S.Məmmədov buna da “B” planı olaraq hazırlıqlarını tamamlamışdır. Londonda yaşayan və tez bir zamanda milyonçuya çevrilən oğlu Sübhan Məmmədlinin artıq bidəfəlik Azərbaycana qayıtdığı bildrilir. Hazırda Hüsnü Qasımov kimi onun da Agentlikdə hansısa yüksək vəzifəyə təyinatı baş tutacaqdır. Vəziyyət ağırlaşanda isə Sübhan Məmmədli “atadan oğula” prinsipi əsas götürülərək AAYDA-nə rəhbər təyin ediləcəkdir. S.Məmmədov da Novxanıdakı villalarından birində oturub yenə də Agentliyi pultla idarə edəcəkdir.

Sübhan Məmmədli Saleh Məmmədovu əvəzləyəcək şəxs

Növbəti sayımızda AAYDA rəhbərinin bu günədək ictimaiyyətə məlum olmayan obyektlərindən: İsmayıllının Zərgəran kəndi yaxınlığında, Mingəçevirdə Kür sahilində, Qax rayonunda Qaxbaşındakı möhtəşəm villalarının, otellərindən və digər əmlaklarından söhbət açılacaq.

S.Məmmədov “Polad Yol Yapı ” MMC ilə Klıçdaroğlunun “QƏLƏBƏSİ”ni niyə qeyd edə bilmədilər?
AAYDA-nın 13670 rəsmi işçisindən 4236 nəfəri necə “ÖLÜ CAN”lara çevrildi? Bizi izləyin.

Qarşı tərəflərin cavab haqqını tanıyırıq.

S.Məmmədovun əvvəl işdən qovduğu Kamran Əzizov Parisdə kef edir(yenixeber.orq)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.