Ucarda DOST iş mərkəzinə ağır ittihamlar - VİDEO

19-06-2023, 08:39           
Ucarda DOST iş mərkəzinə ağır ittihamlar - VİDEO
Ucar rayonunda 59 nəfərin qanunsuz işindən çıxarılmasını araşdıran yoxdur, nədəki əmək müqaviləsinə xitam verilməsinə dair əmirləri onlara təqdim edilmir.Hansı ki, əmrləri almaq üçün müarciətlər edilib.
Həmin 59 nəfər Ucar rayon sakinləri 2019-cu ildə “DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatına (komxoza) işə qəbul ediliblər.
Onları 2023-cü ilin aprel ayında qanunsuz işdən çıxarılıblar.Əsas göstərilir ki, Məşğulluq Agentliyi Ucarda 24 noyabr, 05 və 15 dekabr 2023-cü il tarixlərdə monitorinq aparan zaman həmin 59 nəfər işdə olmayıb.
Bunun isə korrupsiya əməli olmasını subut etmək çox asandır.
Beləki “DOST” İş Mərkəzinin müqaviləsi ilə Ucarda komxozda 350 nəfər işləyir, komxozun özünün isə 70 nəfər işçisi var.Bunu bütün Ucar rayon sakinləri bilir və görür ki, 450 dən çox işçisi olan komxozun hər gün 70 nəfəri təmizlik işi aparırlar.Qalan 400 nəfərə yaxın işçi aylıq haqq verir deyə işə gəlmirlər.Onlara qanunsuz davamiyyət yazılır hər ayda maaş alırlar. Yoxlama gələndə aylıq pul alan birqadirlər və müdir onlara xəbər edir ki, tez gəlin gözə görsənin yoxlama gəlib.
Onların arasında elələri var ki, Ucardan kənarda işləyi alver edir.Komxozun rəhbərliyi yoxlamanıda pul verib razı sala bilir deyə həmin aylıq pul verənlər barədə tədbir görülmür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, DOST Agentliyinin rəhbəri Fərid Məmmədov və “DOST” İş Mərkəzinin direktoru Firudin Cəbrayılovun hər birinə müraciət edib xahiş etmişəm kİ, 24 noyabr, 05 və 15 dekabr 2023-cü il tarixlərində Məşğulluq Agentliyi tərəfindən Ucarda aparılmış monitorinq zamanı çəkilmiş videoya mənim və digər şəxslərin iştirakı ilə baxılsın. Ancaq müsbət cavab verilməyib.Çünki həmin yoxlama zamanı təxminən 400 nəfər işdə olmayıb.Monitorinq zamanı çəkilmiş videoya baxanda bu aydın görünəcək. Ancaq bu əsasla 59 nəfər işdən çıxarılıb.Çünki həmin 59 nəfər hər gün işə çıxıb aylıq pul verməyənlər idi.Sadəcə yoxlama saat 11 də gəlib deyə onları görməyib.Çünki dünyanın hər yerində olduğu kimi Ucarda da təmizlik işləri cəmiyyət yuxudan oyanmazdan əvvəl səhər saat 6 -00 dan başlayır.Bu insanlarda səhər saat 6-00 dan -10-00 kimi işləyib evə gediblər.
Komxozun müdiri və birqadirlər isə aylıq pul verib işə gəlməyənləri müdafiə ediblər.
Bir daha qeyd edirəm monitorinq zamanı çəkilmiş videoya baxılsın həmin günü işdə təxminən 400 adam olmayıb ancaq 59 nəfəri bu əsasla işdən çıxarıblar.
Bu bir qrup vəzifəli şəxsin Ucarda əlbir olub etdikləri cinayət əməlidir.Məqsəd isə isə o idi ki, işdən çıxardıqları adamların yerinə pul alıb yeni adamlar işə qəbul edib aylıq alsınlar.

Göyçay rayonunda “DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə işləyənlərin çoxu işdən çxıarıldı ancaq rəhbərliyin işə qarışması bunun qarşısın aldı hansı ki həmin adamların əmək müqavilələrinə xitam verilib son haqq hesab pullarınıda almışdılar.Ancaq vicdanlı rəhbər buna imkan vermədi.Ucarda isə Mənsur Məmmədov laqeyid yanaşır çünki bu oynu quranlarla əlbirdir.

Fuad Hüseynov jurnalist













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.