İslahata ehtiyacı olan İslahatlar Mərkəzi - Qəhrəman Haqverdiyev Teymur Musayevlə necə dil tapdı?

20-06-2023, 11:54           
İslahata ehtiyacı olan İslahatlar Mərkəzi -
Uzun illərdir Səhiyyə nazirliyinin tabeliyində fəaliyyət göstərən bir sıra müəssisələrin rəhbərliyində dəyişiklik ediləcək.

TEREF.AZ yazır ki, AzFakt.com-un əldə etdiyi məlumata görə kadr islahatı aparılacaq tibbi müəssisələrdən biri də İctimai Səhiyyə və İslahatlar Mərkəzidir.

Əldə etdiyimiz məlumata görə İctimai Səhiyyə və İslahatlar Mərkəzi nazirliyin tabeliyində olan ən ölü qurumlardan biridir:

" İctimai Səhiyyə və İslahatlar Mərkəzi ictimai səhiyyə xidmətlərinin təşkili, səhiyyə proqramlarının işlənib hazırlanması və tətbiqi sahəsində əsas istiqamətlərin müəyyənləşdirilməsini, islahatların tibb müəssisələrində tənzimlənməsini, idarəetmə sisteminin təkmilləşdirilməsini, eləcə də səhiyyənin maliyyələşdirilməsi sahəsində islahatların aparılmasının metodik əsaslandırılmasını həyata keçirir. Qanuna görə Mərkəzin əsas işlərindən biri də səhiyyə qanunvericiliyinın təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamaqdır. Ancaq bu müəssisə son illərdir ancaq işini kitab nəşr etdirməklə bitmiş bilir. Ortada nə bir ciddi təklif var, nə də buna təşəbbüs"-deyə, məlumatda bildirilir.

Məlumata görə Teymur Musayevin Səhiyyə nazirliyinin rəhbərliyinə gətirildikdən sonra bir müddət İctimai Səhiyyə və İslahatlar Mərkəzinin fəaliyyətində dinamika müşahidə olunsa da, sonradan yenə hər şey əvvəlki qaydasına düşüb:


"2022-ci ilin yanvar ayında Teymur Musayev Səhiyyə naziri vəzifəsinə təsdiq edildikdən sonra İctimai Səhiyyə və İslahatlar Mərkəzində ab-hava dəyişdi. Mərkəzdən maaş alan kim varsa hamısı işə çıxmağa başladı. Söhbət gəzirdi ki, Mərkəzin direktoru Qəhrəman Haqverdiyev işdən çıxarılacaq. Ancaq bir müddət sonra yayılan bu söz-söhbət yoxa çıxdı. Qəhrəman Haqverdiyev yeni rəhbərliklə dil tapa bildi".

İctimai Səhiyyə və İslahatlar Mərkəzində ciddi yeyinti hallarının olduğu da məlumatda yer alan iddialar sırasındadır.

"İctimai Səhiyyə və İslahatlar Mərkəzində çox ciddi yeyinti halları var. Dövlət satınalmalarından tutmuş digər nəsələlərə - tədbirlərin keçirilməsi, konfransların
təşkili, seminarlarda iştiraka kimi qanunsuzluqlar hökm sürür. Xaricdə keçirilən konfranslara, seminarlara direktor Qəhrəman Haqverdiyevə yaxın olan şəxslər gedir. Maddi mükafatlar da direktorun çevrəsində olan insanlara verilir".

TEREF.AZ yazır ki, AzFakt.com məlumatdajı iddialarla bağlı İctimai Səhiyyə və İslahatlar Mərkəzindən mövqe öyrənib. Qurumun açıqlamasında deyilir:

"Bildirik ki, sorğunuzda gostərilən bütün faktlar əsasız, heç bir sübutu olmayan mənasız söz yığınından basqa bir şey deyil. İSİM PHŞ Səhiyyə Nazirliyinin əsas aparıcı qurumu olaraq öz fəaliyyətini nazirlik tərəfindən təsdiq edilən tədbirlər planına və verilən tapşırıqlar əsasında həyata keçirilir. İSİM bütün Respublikanı əhatə edən onlarla müxtəlif tədqiqatlar aparır və beynəlxalq təşkilatlarla (WHO, UNICEF, UNFPA, CDC və s.) birlikdə hesabatlar hazırlayır. Bu tətqiqatlara əsasən onlarla beynəlxalq elmi jurnallarda məqalələr dərc olunub və onların nəticələri Azərbaycan üzrə indikatorlar kimi nəzərə alınır. Əsas dövlət proqramları üzrə əhali arasinda maarifləndirmə tədbirlərinin aparılması istər əyani formada, istrərsə də interaktiv formada onlarla İnternet sayt və mobil tətbiqləri hazırlanıb, müxtəlif aksiyaların keçiilməsi, məktəblərdə şagirdlər arasında zərərli vərdişlərə dair tədbirlərin keçirilməsi və s. kimi fəaliyyətlərin icrası İSİM tərəfindən həyata keçirilir. Əhali ilə yanaşı İSİM həkimlərlə də sıx əməkdaşlıq edir, klinik protokollar, metodik tövsiyələr hazırlayır, treninqlər keçirir, həkimlər üçün maarifləndirici internet saytları hazırlayır. 2023-cü ildən etibarən” Müharibə veteranları və şəhid ailələri ilə əlaqələndirmə şöbəsi”nin yaradılması və onlar üçün 9109 Çağrı Mərkəzinin yaradılması və fəaliyyəti İSİM tərəfindən həyata keçirilir".

Xatırladaq ki, Qəhrəman Haqverdiyev 2018-ci ildə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru təyin edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.