Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi BAZAR AÇIB - TƏFƏRRÜAT

21-06-2023, 09:56           
Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi BAZAR AÇIB - TƏFƏRRÜAT
Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasov vəzifəsindən sui-istifadə edərək avtomobil mühərriklərinin ehtiyyat hissələrinin təmiri sahəsində monopolya yaradır…
Azərbaycanda dövlət məmurların vəzifə səlahiyyətlərindən öz şəxsi işləri üçün istifadə etməsi artıq adi hala çevrilib. Vəzifəli şəxslər dövlətdə tutduqları postun gücündən istifadə edərək bzineslərinin çiçəklənməsinə şərait yaradırlar. Saytımızın əldə etdiyi məlumata görə belə “dövlət xidmətçilərindən” biri də Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasovdur.
Bir neçə ay öncə hakim Şəmsəddin Abbasovun bacısı oğlu vasitəsi ilə avtomobil mühərriklərinin ehtiyyat hissələrinin təmiri sexi yaratması ilə bağlı məlumat vermişdik. Həmin məlumatda qeyd etmişdik ki, avtomobil mühərriklərinin təmiri işi kiçik bir biznes sahəsi təsərrüatı yaratsa da, əslində çox ciddi gəlirli bir sahədir. Azərbaycanda hər il dövlət və özəl şirkətlər avtomobillərinin təmiri üçün milyonlarla manat vəsait xərcləyirlər. Məhz bu sistemdə milyonlarla manat vəsaitin dövr etdiyini yaxşı bilən Şəmsəddin Abbasov vəzifə səlahiyyətindən sui-istifadə edərək dövlət qurumlarının və böyük şirkətlərin rəhbərləri ilə müxtəlif vasitələrlə əlaqəyə keçərək, təmir işlərini yaratdığı sexə verilməsini təşkil etdirir.
Apardığımız araşdırmada məlum oldu ki, Şəmsəddin Abbasovun himayədarlıq etdiyi avtomobil mühərriklərinin təmir sexinə bacısı oğlu Fətiyev Arif Əminağa oğlu rəhbərlik edir. MMC kimi Arif Fətiyevin adına qeydiyyatdan keçən “avtoservis” hazırda Masazır qəsəbəsində DYP rəisi Ramiz Zeynalova məxsus olduğu Moped.az şirkətinin ərazisində fəaliyyət göstərir.
Arif Fətiyevin avtomobil mühərriklərinin təmiri işi ilə bərabər həm də Masazır qəsəbəsi ərazisində həyət evlərinin tikintisi ilə də məşğul olduğu deyilir. Məlumata görə Arif Fətiyev dayısı Şəmsəddin Abbasovun köməkliyi ilə Masazır qəsəbəsində Qaçaq Nəbi küçəsi və digər ərazilərdə torpaq sahələri zəbt edərək, heç bir sənədi olmadan evlər tikərək satışını həyata keçirir.
Bu işdə də Arif Fətiyevə himayədarlığı dayısı Şəmsəddin Abbasovun etdiyini hər kəs bilir. Çünki sıradan biri Masazır qəsəbəsində torpaq zəbt edərək, heç bir sənədi olmadan tikinti işləri apara bilməz.
Məsələ ilə bağlı araşdırmamız davam edir
TuranTv.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.