AMEA hüquq müdiri Kamal Əliyevin yataqxana komendantı Azər Quliyevlə “şifahi bazarlığı” - Dünən AMEA-ya gələnlər 45 ilin AMEA işçilərinin yataqxanada yaşamadıqlarına “kağız” yazıblar”
22-06-2023, 15:36
Ortalıq 45 ildir həyat yoldaşımla birlikdə AMEA-da çalışırıq. Torpağımıza düşmən saldırısı başlayan ilk
gündən aspiranturada təhsilimi, elmi işimi atıb, iki körpə uşaqlı ailəmi Allahın ümidinə qoyub,
Qarabağ uğrunda savaşa getmişəm, AMEA üzrə yeganə 1-ci dərəcəli Qarabağ əliliyəm, Səhiyyə
Nazirliyinin rəyi ilə respublikadan kənarda müalicəyə ehtiyacım var. Ağdərədə döyüşlərdə olanda
kimya doktoru həyat yoldaşım televiziya ilə verilən şəhid olmağım xəbərindən stress keçirib, 2-ci
dərəcəli əlildir. Qarabağda başım döyüşlərə qatılanda AMEA İşlər İdarəsi iki körpə uşaqlı ailəmi 1979-
cu ildən yaşadığımız Şərifzadə küçəsindəki yataqxanadan çıxzrı, yataqxananı AMEA-ya aidliyi olmayan
şəxslərə satıblar. Həmin binanın yerində tikilın evdən isə mənzil almağımıza da AMEA İşlər İdarəsi
qadağa qoyub.
Mənzil problemimizin çözülməsindən yana AMEA-nın bütün prezidentləri , görkəmli elm xadimləri ,
millət vəkilləri əllərindən gələni ediblər. Akademik- prezident- deputat Fəraməz Maqsudov,
akademik-deputat Cəlal Əliyev millət vəkili kimi bir neçə dəfə deputat sorğusu ilə BŞİH-ə, ƏƏSMN-ə
müraciət etsələr də, sonuc belə olub ki, BŞİH işlədiyim Neft Kimya Prosesləri İnstitutunun ( NKPİ )
tikdiyi evdən mənə nəzərdə tutulan ikiotaqlı mənzili öz balansına keçirib.(?) Bu barədə AMEA
prezidenti, akademik Mahmud Kərimovun müraciətinə cavab olaraq 24.10.2002 tarixli məktubla
NKPİ-nin direktoru , akademik Musa Rüstəmov məlumat verib. Özbaşınalığa baxın, hər tikilən
binadan 10-15 mənzil müharibə əlillərinə, şəhid ailələrinə ayrılmalı olduğu halda, hər hansı qurumun
tikdiyi evdən ilk növbədə həmin qurumun müharibə adamları mənzillə təmin olunmaları qanun
olduğu halda, 1-ci dərəcəli Qarabağ əlili ailəsinə ayrılan mənzili BŞİH ələ keçirib.(?) “BŞİH-də fərasətə
bax!”
Vurğuladığım elm adamlarının hamısı dünyasını dəyişib, amma sağları da var! Şair demiş, ölən ölüb,
qalan sağlar bizimdir! Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev üç dəfə AMEA
prezidenti, akademik Akif Əlizadəyə müraciət edib. Birinci iki dəfə - 2013-cü ilin fevralında vitse-
prezident, hazırkı AMEA prezidenti İsa Həbibbəyli müraciəti İşlər İdarəsinə ünvanlayıb və orada it-
bata salıblar. Yenidən müraciətimə cavab olaraq akademik Arif Paşayevin 20.05.2015 tarixli, 280
saylı məktubunun surəti özümə də verilib.
2015-ci ilin sentyabrında AMEA prezidenti, akademik Akif Əlizadənin sədrliyi ilə Rəyasət Heyətinin
video-çəkilişlə iclası keçirilib və prezident bildirib ki, Şərifzadə küçəsində tikilən evdən 1-ci dərəcəli
Qarabağ əlilinin alim ailəsinə mənzil ayrılacaq. 2017-ci ildə mənzil bölgüsü olub və işlər müdiri Fətəli
Abdullayevin, müavini Sərdar Əliyevin, prezidentin , vitse-prezidentlərin yataqxana sakinləri üçün
nəzərdə tutulan mənzilləri özlərinə, sürücülərinə, katibələrinə götürmələri məlum olub. Bu
sətirlərin yazarının qəbul hüququna da , məhkəmə müdafiəsi hüququna da işlər müdiri və müavini
qadağa qoyduğundan , özbaşınalıqdan müdafiə hüququ pozulub. 1-ci vitse- prezidentin məktubuna
cavab olaraq işlər müdirinin müavini AMEA-da yaradılan mənzil komissiyasının hər həftə toplaşdığını
2019-cu ilə kimi bildirib. 2019-cu prezident postuna akademik Ramiz Mehdiyevin gəlməsi ilə işlər
idarəsinin işləklərinə və işlərinə son qoyulub. Yeni rəhbərlik problemin çözülməsinə çalışsa da, bu yol
“covid-19 “asqırıb”. İsa Həbibbəyli prezident olandan Şərifzadədəki mənzil özbaşınalığını tarixə
atmaq çabaları başlayıb.
Çıxış yolu kimi hüquq yoluna üz tutanda isə hüquq müdiri Kamal Əliyevin yataqxana komendantı
Azər Qiliyevlə “şifahi bazarlığı” üzə çıxıb. Səbail məhkəməsinin hakimi İlkin Rüstəmli iddiaçı Qarabağ
əlilinin 40-a yaxın sənədini, vəsatətini, ərizəsini bir yana atıb, cavabdehin nümayəndəsinin saxta
məlumatını əsas tutub. 21.06.2023 tarixli qətnamə hələ verilməyib, amma cavabdehin işdə yeganə
“sübutu” kimi Kamal Əliyevin şifahi sorğusuna yataqxana üzrə baş mütəxəssis Azər Quliyevin
07.06.2013 tarixli əllə yazılan mənim heç vaxt yataqxanada qeydiyyatda olmamağım və
yaşamamağım haqqında saxta cavabının portalda yerləşdirilməsi hər şeyi ortaya qoyur. Özbaşınalığa
baxın, 45 ilin AMEA işçilərinin hüquqlarına dünənin AMEA yataqxana hüquq mütəxəssisləri kağız
parçası ilə qadağa qoyurlar. Lap heç yaşamamışam, savaşdan başım açılmayıb, bəyəm mənzillər yalnız
prezidentlərə, vitse-prezidentlərə , işlər idarəsinin sürücülərinə, katibələrə verilməlidir?
Belə görünür, yenə də son söz Avropa İnsan Hüquqları Məhkəməsinin olacaq...
Məğrur Bədəlsoy