Maşlıq məktəbində 800 nəfər şagirdi TƏHLÜKƏ GÖZLƏYİR-VİDEO
16-08-2023, 11:14
Cəlilabad rayonunun Maşlıq kəndinin şagirdlərini böyük təhlükə gözləyir.
Hurriyyet.Az-ın əldə etdiyi məlumata görə, onlar yeni tədris ilində qəzalı məktəbdə təhsil almalı olacaqlar.
Buna səbəb isə 800 şagird yerlik təhsil ocağının uzun illərdir təmir olunmamasıdır.
Problem valideynləri də narahat edir. Onlar övladlarını sözü gedən məktəbə göndərməkdən ehtiyat etdiklərini bildirirlər.
Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad Rayon Sektorunun müdiri İlkin Zeynalov RTV-yə bildirdi ki, Elm və Təhsil Nazirliyinə bu barədə məlumat verilsə də, hələ ki müvafiq qərar yoxdur.