Azərbaycanda FETO bu `ZİRVƏ`- ni necə fəth etdi - İDDİA
17-08-2023, 00:15
ZİRVƏ hazırlıq kursunun təsisçisi və direktoru Rahib İmrahimov aztəminatlı ailələrin uşaqlarına dərs keçir, yoxsa..?
Biz hələ müstəqil Azərbaycan dövlətinin vətəndaşı deyil, sovet vətəndaşı olduğumuz dönəmdə, yəni 1990-cı ildə Fətullah Güləni tanıdıq. Bilməyənlər üçün qeyd edək ki, 1990-cı ilin Qanlı Yanvarında sovet qoşunları Bakıda qanlı genosid törətdi və xeyli sayda soydaşlarımızı qanına qəltan elədi.
Təəssüf ki, o zaman bizim səsimizə səs verən tapılmadı. Ulu Öndərimiz o zaman həyatını riskə ataraq Moskvada iclas keçirdi və dünyaya bu qanlı hadisəni bəyan elədi. Bu zamanlar hamının gözü dikilmişdi dünyaya... Amma dünyanın gözləri kor, qulaqları isə kar olaraq qalırdı...
Belə məqamda heç kimin tanımadığı Fətullah Gülən adında birisi televizorda göz yaşı axıdıb, ağlayıb-sıtqıyıb, başına-gözünə döyərək 20 Yanvar şəhidlərindən danışmağa başaldı.
Sözün düzü, o zaman hamımıza təsəlli olan bu olayı sonralar analiz edəndə Fətullah Gülənin ARTİSTLİYİ açıq-aşkar hiss olunurdu. Və beləcə 1 ildən sonra SSRİ dağıldı...
Fətullah Gülənin emissarları Bakıya ayaq açdı. Beləcə heç kimin hiss eləmədiyi tərzdə Bakıda və bəzi bölgələrdə Fətullah Gülənin liseyləri, kursları, ali məktəbləri işə düşdü. Bu o zaman çoxlarına adi hadisə kimi gələ bilərdi. Amma Fətullah Gülən bu məqsədlə yüz milyonlarla pul buraxmışdı. Və məqsəd məktəblər vasitəsilə özünün gələcək davamçılarını hazırlamaq idi.
Sözün qısası, Azərbaycanda bu istiqamətdə qısa zamanda xeyli təhsil ocaqları, hazırlıq kursları yaranmağa başaldı.
Belə FETÖ ocaqlarından biri də ZİRVƏ hazırlıq kurslarıdır. Hazırlıq kursu ilə ümumi tanışlıq üçün qurumun www.zirve.edu.az saytına daxil olaraq bəzi məlumatlara nəzər salırıq. Çoxları elə bilir ki, Zirvə hazırlıq kursu ancaq şagirdləri ali məktəblərə hazırlayır. Amma qurumun saytında qeyd olunur ki, burada Abituriyent hazırlığı, Məktəbəqədər hazırlıq, Təkmilləşdirmə, MİQ hazırlığı, Magistr hazırlığı, Xarici dil hazırlığı, YÖS hazırlığı, Liseylərə hazırlıq, Kompüter hazırığı kursları fəaliyyət göstərir.
Yəni söhbət adi bir hazırlıq kurslarından getmir. Üstəlik Zirvə kursunun, az qala, hər qəsəbədə, Bakıda, Sumqayıtda, Tovuzda və başqa bölgələrdə filialları fəaliyyət göstərir. Yəqin oxucuda aydın təsəvvür yarandı ki, ZİRVƏ kursu dövlətimizin bütün ərazisində öz təhsil şəbəkəsini qurub. Zirvə Kurslarının Təsisçisi - Direktoru isə Rahib İmrahimovdur.
Biz heç kimin fəaliyyətinə kölgə salmaq fikrində deyilik. Amma qardaş Türkiyədə baş verənlər bizi gənc dövlət olaraq həmişə düşündürməlidir. Amerikada oturub böyük bir casus şəbəkəsi quran Fətullah Gülən də ilk işlərini təhsil sahəsindən başlamışdır. Və Fətullah Gülən deyirdi ki, mən Türkiyədə kasıb balalarına sahib çıxacağam, onların yüksək təhsil almasına dəstək olacağam.
Bizi qınamayın, eyni fikirlərə ZİRVƏ kurslarının saytında da rast gəlirik. “Zirvə Kursları "Ürəklər gülsün" layihəsinə qoşulub, aztəminatlı ailələrin övladlarına təmənnasız dərs keçir və s... İstər-istəməz eyni dəst-xətt yada düşür... Bir daha təkrar edirik ki, bizim kiminsə fəaliyyətinə kölgə salmaq fikirimiz yoxdur, bizi bu məsələdə dövlətimizin gələcəyi düşündürür... Və heç kimə sirr deyil ki, FETÖ layihəsi Azərbaycanda az qala təhsil sahəsinin bütün orqanlarına yerimişdi...
Neçə-neçə ali məktəbdə FETÖ-nün nümayəndələri fəaliyyət göstərir. Biz əsas mövzudan kənara çıxmaq istəmirik, amma yazmağa məcburuq ki, FETÖ-nün nümayəndələri təkcə təhsil müəssisələrində deyil, nazirliklərdə, komitələrdə mövcuddur. Bir zamanlar, Kənd Təsərrüfatı Nazirliyində kimlərin FETÖ-yə qulluq etməsindən də danışılırdı. Yəni ZİRVƏ kurslarının nümayəndələri elə bilməsin ki, məqsədimiz ZİRVƏ ilə bağlıdır. Bu çox geniş mövzudur. Və bu məsələdə çox ayıq-sayıq olmalıyıq. Və biz də bir Azərbaycan dövləti olaraq Türkiyəyə VƏFA BORCUMUZU verməliyik.
Bəli, redaksiyamıza daxil olan məlumata görə, ZİRVƏ kurslarının təsisçisi və direktoru Rahib İmrahimov baldızı Rita xanımı və digər yaxın qohumlarını, dostlarını quruma işə qəbul edərək, sanki ailə şirkəti, ailə məktəbi yaradıblar. Yuxarıda qeyd etdiyimiz kimi bu “AİLƏ MƏKTƏBİ”nin nümayəndələri yaşadıqları ərazidə yeniyetmələri, gəncləri başlarına yığıb dini mövzularda təlimlər keçirlər, kimlərisə təbliğ edirlər, onları məktəblərə pulsuz hazırlaşdırırlar... Bir sözlə, əsl FETÖ metodları...
Biz ZİRVƏ rəhbərliyinin özəl həyatına qarışmırıq, Kürdəmir yolunda həyat yoldaşı Humay xanımla avtoqəza keçirib salamat qalmalarından və s. bəhs etmirik. Bizi ancaq dövlətimizin gələcəyi maraqlandırır.
Məlumdur ki, son vaxtlar hüquq-mühafizə orqanlarımız ölkəmizdəki FETÖ-çulara qarşı ciddi əməliyyatlar keçirib. Biz demirik ki, ZİRVƏ kurslarının rəhbəri Rahib İmrahimov FETÖ-çudur, amma bizə elə gəlir ki, ZİRVƏ kursları da ciddi nəzarətə götürülməli və orada yoxlamalar aparılmalıdır.
P. S. Zirvə kurslarının rəhbəri Rahib İmrahimov nədənsə özünü məşhur türk kinosundakı Kimsəsiz Doğan obrazında görür. Bu haqda geniş araşdırmamız olacaq. //gundelik-baku.com//