177 saylı məktəbdə valideynlərdən müəllimlər günü ilə bağlı pul yığılır?
30-09-2023, 10:04
“5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” yaxınlaşdıqca bəzi məktəblərdə də pul yığma kampaniyası başlamaqdadır. Sosial şəbəkələrdə artıq paytaxtda fəaliyyət göstərən bir neçə məktəbdə pul yığımına başlanıldığı deyilir.
Qlobal.az-ın əldə etdiyi məlumata görə müəllimlər günü ilə əlaqədar valideynlərdən pul toplanan məktəblərdən biri də Nərimanov rayonunda fəaliyyət göstərən 177 saylı məktəbdir.
177 saylı orta məktəbdə “valideyn komitəsi” tərəfindən aparılan pul toplama kampaniyasının əsasən ibtidai siniflərdə aparıldığı deyilir.
Məktəbin ibtidai siniflərində ümumilikdə 350-ə yaxın şagirdin təhsil aldığı, hər şagirdə görə isə valideynlərdən 20 manat pul yğıldığı iddia edilir.
Arzu Süleymanova, direktor
Məlumata görə məktəbdə baş verənlərdən direktor Arzu Süleymanovanın xəbəri olsa da, nədənsə heç bir müdaxilə etmir.
Qlobal.az məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən mövqe öyrənməyə çalışıb. İdarədən məsələnin araşdırılıb cavab veriləcəyini bildirsələr də, sonradan qurum məsələyə mövqe bildirmədi.