Baş Prokurorluqdan Eldar Mahmudov barədə AÇIQLAMA

15-07-2016, 16:51           

Baş Prokurorluq yanında keçmiş MTN rəhbərliyinin işlərini araşdıran xüsusi istintaq qrupu fəaliyyət göstərir.

teref.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə bu gün jurnalistlərə baş prokurorun müavini, Korrupsiya ilə Mübarizə Baş İdarəsinin başçısı Kamran Əliyev deyib.

Onun sözlərinə görə, istintaq qrupu sıx qrafik əsasında işləyir.

"Keçmiş MTN rəhbərliyinin bütün korrupsiya faktları və digər cinayətləri həmin qrup tərəfindən araşdırılır", - Kamran Əliyev qeyd edib.

Xatırladaq ki, "MTN işi" üzrə bu qurumun iyirmiyə yaxın keçmiş yüksək rütbəli zabit və generalları məsuliyyətə cəlb olunub. Onların hamısı cinayətkar dəstənin yaradılmasında, quldurluqda, insanların oğurlanmasında və korrupsiyada ittiham edilirlər. Cinayətkar dəstəyə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov rəhbərlik edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru