Şəkidə “Göynük mafiyası” fəaliyyət göstərirmiş?

17-07-2016, 19:54           
Şəkidə “Göynük mafiyası” fəaliyyət göstərirmiş?
Şəki Tibb Kollecinin rəsmisi Nərminə Məcidova: “Bütün bu işləri edən rayondakı həmin mafiyanın əsas nümayəndəsi baş həkim Məcid Əliyevdir”
Ötən gün Şəki Tibb Kolleci ilə bağlı hazırladığımız araşdırmaya olduqca qəribə bir cavab gəlib. Mətbuata müraciət edən Şəkinin Oxud kəndindən olan Nərminə Məcidova özünü Şəki Tibb Kollecinin rəsmi nümayəndəsi kimi təqdim edib.
O bildirib ki, bütün bu məlumatların ortaya atılmasının səbəbkarı “Göynük mafiyası”dır. Onun yazdığından belə başa düşülür ki, həmin “mafiya”nın əsas nümayəndələri rayonun baş həkimidir. “Ona görə ki, bu mafiya Şəkinin idarə bə müəssisələrinin 80 fazini ələ keçiriblər. Növbəti hədəfləri isə Şəki Tibb Kollecdir. Əgər söhbət açıq alverdən və bazardan gedirsə, onda nə üçün Şəkinin iki ən nəhəng alver mərkəzi olan Təzə və Köhnə Xəstəxanalarından yazmırlar? Çünki həmin bazarların rəhbəri, Göynük mafiyasının üzvü, baş həkim Məcid Əliyevdir”.
N.Məcidova daha sonra yazır ki, M.Əliyev hələ poliklinikanın rəhbəri olan zamanlar həyat yoldaşı ilə birlikdə heç vaxt işə gəlməyiblər. “M.Əliyevin ikinci gəlir yeri Şəki Hərbi Komissarlığında varlı uşaqlarına saxta sənədlər düzəltmək olub. O, baş həkim təyin olunandan isə yerini qardaşına verib. Məsələn, həmin poliklinikada hər şöbə özü üçün bir bahalı aparat qoyaraq, fərdi bizneslə məşğul olurlar. Şöbə müdirlərinin qapısı ağzında növbəyə duran xəstələrin hər birindən ən azı 10 manat pul alırlar”.
Şəki Tibb Kollecinin adından danışan xanım Məcidova daha sonra qeyd edir ki, köhnə xəstəxananın birinci mərtəbəsi ümumiyyətlə, sanitariya qaydalarına cavab vermir. “Rüşvət verməyən, xroniki xəstələrə tibbi xidmət göstərilmir. Baş həkim Məcid Əliyevin həmkəndlilərinin adı ştat cədvəlində olsa da, özləri işdə olmurlar. Əksəriyyəti alverlə məşğul olandır. Bundan başqa, orada xəstələr müalicə almaq üçün dərmanları özləri alırlar”.
Nəhayət, müraciətin sonunda müəllif qeyd edib ki, Şəki Tibb Kollecinin direktoru Elmira Hacıyevadan da danışıb. O bildirib ki, Elmira xanım Şəki əhalisi tərəfindən hörmət qazanmış xeyirxah və bacarıqlı kadrdır. “Mən əminəm ki, bu yazını yazanlar məhkəmə qarşısında cavab verəcəklər”.
Yazıda adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Cumhuriyyet.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.