Eldar Mahmudovun baş “torbatikən”i olan generalın Çexiya biznesi…

18-07-2016, 02:09           
Eldar Mahmudovun baş “torbatikən”i olan generalın Çexiya biznesi…
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi, general-mayor Mövlan Şıxəliyevin Çexiyada böyük biznesi var. MTN-in baş istintaqçısı olmuş Mövlan Şıxəliyev bu biznesi hələ beş il öncə yaradıb.
Bu barədə Mövlam Şıxəliyevə yaxın mənbə məlumat verib. Mənbənin sözlərinə görə, generalın Çexiya paytaxtı Praqada bir neçə restoranı var. Onların idarəçiliyi isə oğlundadır.
Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyindəki cinayətkar dəstənin əsas üzvlərindən biri olan Mövlan Şıxəliyev saxta-qurama ittihamlarla şərlənən yüzlərlə insanın həyatını məhv edənlərdəndir. Onun əlinin altında olan istintaqçılar son illər ərzində yüzlərlə Azərbaycan vətəndaşını qanunsuz həbsə yollayıb.
Mövlan Şıxəliyevin azadlıqda qalması isə cəmiyyətdə ciddi suallar doğurur. Görünür, Mövlan Şıxəliyevin həbsə girməsinə mane olanlar var. Yaxın günlərdə azadlıqda qalan şəbəkənin əsas simalarından biri olan bu adam barəsində daha geniş araşdırmamızla tanış ola biləcəksiniz.(Gununsesi.info)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru