LAÇINDA İŞBAZLAR TURŞSU BULAĞINİ MƏHV EDİRLƏR

10-12-2023, 00:07           
LAÇINDA İŞBAZLAR TURŞSU BULAĞINİ MƏHV EDİRLƏR
Laçına gedən bəzi iş adamları, imkanlı şəxslər Laçının gözəlliklərinə ancaq pul, gəlir mənbəyi kimi baxırlar. 4 gün bundan əvvəl Laçında Ağanus Turşsuyunda çəkdiyim şəkillərə ürək ağrısız baxmaq olmur. Gördüyüm mənzərə məni çox məyus etdi – qədim bulağın ətrafındakı meşə qatını hansı işbazsa traktorun ağzına verdirib sivirib. Ordan-burdan eşitdiyim sözlərə görə kimsə orda restoran tikdirəcək. Bu işdə Laçından olan bir neçə imkanlı şəxsin adı hallanır. Görəsən o imkanlı adam bilmirmi ki, Turşsuyun üstündə qazanc üçün restoran açarkən meşə zolağını məhv etmək artıq bulağı məhv etməyə bərabərdir. Bulağın suyu artıq indidən azalıb. Gələn yay meşə örtüyünün məhv olması ucundan bulağa qədər yol gələn su artıq çılpaq ərazidə buxarlanmaya məruz qalacaq və bulağın gözü quruyacaq. Mən bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq idarəsinə məlumat verdim. Gözləntimiz odur ki, traktorla kürünən meşə zolağı bərpa olsun və Laçının ruhu olan Turşu bulağının qurumasının qarşısı alınsın. Ağanus kənd camaatı da öz sözünü deməlidir. Laçınlıların ən əziz ünvanlarından biri, gələn qonaqları ziyarət üçün dəvət etdiyi bir ünvanın kimlərinsə qazancı üçün qurban verilməsi yolverilməzdir. Bizim buna mənəvi haqqımız yoxdur.
Turşsu və ətrafındakı zümrüd meşələr Azərbaycan xalqının milli təbiət sərvətidir. Bu sərvəti qorumaq və gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur.
Onu da deyim ki, restoran üçün bulağın yanında köhnə restoranın yeri durur. Təzəni də orda inşa etsələr nə meşəyə nə də bulağa ziyan dəyməz.
P.S. Turşsu bulağının bundan əvvəlki gedişlərimdə çəkdiyim şəkillərini də paylaşıram.
İlham Qəhrəman
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.