SƏHİYYƏ OCAQLARINDA NÖVBƏ PROBLEMİ
14-12-2023, 07:28
Bu yaxınlarda səhhətimlə bağlı bir neçə tibb müəssisəsinə getdim.
Demək olar ki hamısında eyni vəziyyət.
Xəstə adam bilmir sağlamlığını fikirləşsin, yoxsa TƏBİB-in, sığorta sisteminin yaratdığı sistemsizliyin əziyyətini çəksin.
Deyirdik müasir texnologiyaların tətbiqi işləri asanlaşdırar.
Amma deyəsən səhiyyədə bu tərsinə olub. İcbari tibbi sığortanın tətbiqındən sonra dövlət səhiyyə müəssisələrinə axın artıb.
Bu isə xəstəxanalarda müəyyən sıxlığa səbəb olur.
Bir çox sağlamlıq ocağında apardığımız müşahidələrdən belə qənaətə gəlmək olur ki, vətəndaşlar xidmətlərdən yararlanmaq üçün saatlarla, bəzən isə günlərlə növbə gözləməli olurlar.
Xüsisilə də, yaşlı insanlar və azyaşlı uşaqlar üçün növbə gözləmək daha çox çətinlik yaradır.
Növbələrdə saatlarla dayanmaqla xəstələrin həm də əsəbləri korlanır.
Gah həkim yerində olmur, gah da kompüter sistemi işləmir.
Bu da bütüb prosesi iflic edir. Çoxsaylı növbələrin yaranmasına səbəb də elə bu kompyüter sisteminin nasazlığıdır..
Dəfələrlə tibb müəssisələrinə gedib şahidi olmuşuq ki, pasiyent sayı artan kimi kompüter qeydiyyat sistemi dayandırılır.
Guya nəsə donur,işləmir. 21-ci əsrdə, yüksək texnologiyalar dövründə TƏBİB-in və İcbari Tibbi Sığortanın bunu bəhanə gətirməsi çox gülüncdür.
Bu problem aylarla,illərlə düzəlmirsə,deməli elə adını çəkdiyimiz bu təşkilatlar öz işlərini düzgün yerinə yetirə bilmirlər.
Səhiyyə eksperiment sahəsi deyil. Poliklinikalara, xəstəxanalara sağlamlığı pozulmuş adamlar müraciət edir.
Onsuzda hərə bir cür həyəcan,stress keçirir. Sizin də yarıtmaz xidmətiniz onların dərdinin üstünə dərd gətirib əsəb gərginliyi yaradır.
Bu hallar çox zaman süni şəkildə yaradılır. TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi qəsdən belə vəziyyət əmələ gətirərək əhalini özəl klinikalara üz tutmağa vadar edirlər. Çünki özlərinin də özəl səhiyyə obyektləri var.
Bu zaman bir sual yaranır.
Görəsən Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov cənabları hara baxır?
Səhiyyə ocaqlarında baş verən bu problemi görmürmü?
Görürsə, niyə bu məsələ gündəmdən kənarda qalır və öz həllini tapmır?
Bu gün müasir informasiya texnologiyalarının dövlət tibb müəssisələrinin fəaliyyətində rolu qeyri-qənaətbəxşdir.
Bildiyimiz kimi Səhiyyə və Tibbi sığortası sahəsində tibbi xidmətlərin keyfiyyətinə nəzarəti təmin etmək haqqında Prezident fərman imzalayıb və bununla bağlı aidiyyəti qurumlara xüsusi göstəriş verib.
Əfsuslar olsun ki, bu göstərişə məhəl qoyan yoxdur.
Biz bu mühüm problemi işıqlandırmaqla dövlət başçısından və aidiyyəti qurumlardan xahiş edirik ki,səhiyyə sahəsində yaşanan bu problemi nəzərə alıb vətəndaşların xidmətlərə əlçatanlığını təmin etsinlər.
Sima Babayeva
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır