BDU-nun tələbələri soyuqdan donur - Rektor isə narahat deyil

14-12-2023, 10:58           
BDU-nun tələbələri soyuqdan donur -
Dünyanın ən yaxşı universitetlərinin yer aldığı reytinq sıralamasına düşməyə can atan Bakı Dövlət Universitetinin əsas binasında istilik sistemi soyuqlar düşəndən işləmir.

Bizimxeber.az-a verilən məlumata görə, problemin həlli üçün tələbə və müəllimlər rəhbərliyə müraciət etsələr də, konkret müsbət cavab ala bilmirlər.

Bir binanın istilik problemini həll edə bilməyən universitet qlobal reytinqləri necə hədəfləyir, maraqlıdır.

Rektor Elçin Babayev bilməlidir ki, tədrisin, elmin keyfiyyətinin təməlində güclü maddi-texniki baza dayanır.

Soyuqdan donan müəllimdən hansı elmi nailiyyəti gözləyirsiz? Soyuqdan əsən tələbədən necə yaxşı kadr yetişməsini gözləyirsiniz?

Siz hələ bu lokal problemləri həll edin, sonra qlobal inkişaf barədə düşünün. Cənab Elçin Babayev onu da düşünməlidir ki, soyuq auditoriyalarda oturmağa məcbur etdiyi gənclər bu ölkənin gələcəyidir və hazırda onların sağlamlığına zərbə vurur.

Bir də siz öz isti kabinetinizdə rahat oturanda soyuqdan əsən uşaqların və onların valideynlərinin narahatlıqlarını da hiss edin.

Bu iradlar Azərbaycan elminin və təhsilinin həvalı olunduğu adam, nazir Emin Əmrullayevə aiddir. Universitetlə maraqlanın, gəncləri taleyin ümidinə buraxmayın. Gənclərin yanına gəlin, onlarla maraqlanın...

Axı siz, Azərbaycanın donmuş təhsilini, donmuş otaqlarda, donmuş tələbələri ilə inkişaf etdirmək istəyirsiz...
Mənbə: Bizimxeber.az
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru