DVX hiss edib ki, nəsə düz getmir, bütün "akulalar" bir imza ilə bütün vergilərdən azad edilib

15-12-2023, 11:04           
DVX hiss edib ki, nəsə düz getmir, bütün "akulalar" bir imza ilə  bütün vergilərdən azad edilib
Nə baş verir ?
Bu gün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Dövlət Vergi Xidməti və Deloitte Azərbaycan-nın iştirakı ilə fövqalədə toplantı keçirilib.
Gözlənilən idi.
Bir müddətdir ki, arxa planda İRİA-nın "İKT güzəştlərlə" bağlı ciddi qüsurlara yol verdiyi müzakirə predmetidir. Hansı ki "İKT güzəştlərlə" bağlı bir il öncə Prezident fərman verib.
Söhbət on milyonlarla verginin büdcədən yayındırılmasından gedir.
Söhbət hansısa innovartiv fəaliyyətin deyil, hansısa xaricə yönəlik fəaliyyətin deyil, söhbət ekosistemə yatırılan vəsaitin deyil, nəhəng İT şirkətlərin tenderlərdən əldə etdiyi böyük vəsaitlərin əssasız olaraq vergidən azad edilməsindən gedir.
Biz dəfələrlə bildirirdik ki , burada nəsə doğru deyil, Prezidentə səhv məlumatlar verilib, İKT güzəştlərin bu qaydada tətbiqi nəinki doğru deyil, ümumiyyətlə absurddur.
Heç bir ölkədə İT sektorun, ekosistemin inkişafına belə yanaşma yoxdir.
Təsəvvür edin ki, bəlkə də yeganə texnoparkdır ki İRİA burada qaydalarda nəzərdə tutulan Ekspert Şurasını formalaşdırmayıb , sadəcə bir imza ilə ,on milyonlarla güzəşt tətbiq edilib. Siyahıya baxanda dəhşətə gəlirsən ki, bu necə mümkün ola bilər.
Çox dərinə getmək istəməzdirm.
Təəssüf edirəm ki, RİNN-nin digər sektorlarında gedən nəhəg işləri innovasiya ekosisteminə aid etmək hələlik mümkün deyil.
Hələ də bütün ekosistem görüşləri qapalı keçirilir, maraqlı tərəflər cəlb edilmir, fəaliyyət qeyri-şəffafdır, nazirlə görüşmək daha asandır nəinki onlarla görüşmək . Elə adı çəkilən toplantıya da İRİA maraqlı tərəfləri cəlb etməyib.
Bildiyim qədər Nazirlik də "İKT güzəştlər" məsələsində İRİA-nın qüsurlu siyasətini araşdırırdı.
Ümid edirəm İKT güzəştlərıə bağlı məsələ öz ədalətli həllini tapacaq.
Görünür ki, DVX hiss edib ki, nəsə düz getmir, bütün "akulalar" bir imza ilə bütün vergilərdən azad edilib
Güman etmək olar ki, İRİA-nın güzəştləri ya ləğv ediləcək, yaxud da tətbiq dairəsi məhdudlaşdırılacaq
Bu, doğru qərar olardı.
Osman Gunduz
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.