Nazirliyin at monopoliyası - 150 min avronu kim yeyib? - VİDEO
23-12-2023, 07:04
“Hansısa ölkəyə at ixrac etmək üçün Atçılıq Federasiyasından icazə almaq lazımdır. Hər bir ölkədən at gətirmək üçün üçün gedib Federasiyaya pul ödəməlisən. Niyə? Normalda xaricdən at almaq istəyirsinizsə, baytarlığa getməlisiz. Ancaq bizdə başqa sistemdir. Görürsən ki, qarşına hardansa gözəgörünməz bir qüvvə çıxır və problem yaradır”.
Bu fikirləri Bakupost.az -a videomüsahibəsində "Ağdam Atçılıq Zavodu-S" MMC-nın direktoru Yaşar Quluzadə deyib.
O bildirib ki, belə hallarda at almaq istəyən şəxs çıxılmaz vəziyyətdə qalır və adam axtarmağa başlayır:
"Azərbaycanda adam axtarmaq işini qurtarmaq lazımdır. Çox yerlərdə bu gün bunlar qurtarıb, bitib. Çünki günün, dünyanın tələbi budur. Amma atçılıqda bu, hələ də var. Ona görə də bu sahə inkişaf etməyəcək. Atçılığın inkişaf etməsi üçün bu sahə Kənd Təsərrüfatı Nazirliyindən ayrılmalıdır. Çünki Kənd Təsərrüfatı Nazirliyinində bir nəfər də olsun, mütəxəssis yoxdur. Yalandır, boşdur, heç nə yoxdur. Kənd Təsərrüfatı Nazirliyinin bir komissiyası çıxarıb göstərsin ki, mənin komissiyamda 6 nəfərdən ibarət mütəxəssis var. Bu mütəxəssilər hər il Qarabağ atlarını və ya Dilbozu baletirə edir. Yoxdur. Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq şöbəsi var idi. 150 min avro məbləğində qrant da aldılar ki, biz Dilbozun genini tapıb onu bərpa edəcəyik. Ortada nə pul var, nə adam, nə də Dilboz? Bəs bu pul hara getdi. Bunu soruşmaq lazımdır".
Yaşar Quluzadə Azərbaycanda atçılığın inkişafı üçün ayrıca qurum yaradılmasına ehtiyac olduğunu bildirib:
"Agentlik və ya publik olar, adam da bilər ki, mənim venerenarımın sayı nə qədərdi, atlarıma hansı preparatları verməliyəm, boğaz atlar nələri yeməlidir, ayğır atlar necə qidalanmalıdır ki, bunların produktiv sperması olsun. Bunlar çox çətin məsələlərdir. Bunları biz Kənd Təsərrüfatı Nazirliyinə başa sala bilmirik. Ən azından nazir müavini səviyyəsində başa sala bilmirik. Bu problem var”.
Müsahibimiz qeyd edib ki, atçılıq sahəsi bu problemlər səbəbindən inkişaf edə bilmir:
"Yoxsa atçılığı inkişaf etdirməyə nə var ki...Baxın, biz bu gün gedib balaca köhnəlləri götürsək görəcəyik ki, onların çoxunun qulağında dəmirov var. Bunlara veterenar xidməti göstərilməlidir, amma göstərilmir. Yeni doğulan uşağa peyvənd olunmasa, lazımi qulluq edilməsə, ana südü və s. verilməsə, necə olar? At da canlı orqanizmdir. Doğulan kimi onu Lənbərana atmaq olmaz ki, özü-özünə əmələ gəlsin, olsun dünya şöhrətli Qarabağ atı. Düzdürmü? Demək qulluq etmək lazımdır. Qulluq nədir? Baxıb görmək lazımdır ki, dünya bu güm nə edir. Dünyada daha arpanı isladım, yoncanın tozunu çırpım sistemi yoxdur. Dünya başqa tərəfə gedib. Qaşovlaracan dəyişib. Kənd Təssərüfatı Nazirliyinin işi tək atçılıq deyil. Mən bunu başa düşürəm. Ona görə də bunu buraxmaq lazımdır. Bunu monopoliyadan çıxar,effektli bir iş görək. Daha neçə il oturub yalan danışmalı, deməliyik ki, Qarabağ atı bilirsiniz nədir, 1868-ci ildə Parisdə gümüş medalla təltif olunub. Qardaş 1868-ci il keçdi də. 2023-cü ildir, biz bu gün dünyaya nə göstəririk? Dünyanı qoyaq kənara, biz arxadan gələn uşaqlara nə göstərməliyik?!”.
Daha ətraflı videoda...
P.S.Geniş videomüsahibə ilə yaxın günlərdə tanış ola bilərsiniz.