İcra başçısının gizli kamera qorxusu - MÜSTƏQİM MƏMMƏDOV İŞ OTAĞINDAKI QARA MEBELLƏRİ SÖKDÜRÜB

23-12-2023, 09:24           
İcra başçısının gizli kamera qorxusu -
Zaman-zaman mediada adı korrupsiya və rüşvətxorluqda hallanan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının onun iş otağında gizli kamera yerləşdirməsindən ehtiyat edir.

Xatırladaq ki, bir müddət əvvəl Tərtər Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar vəzifəsində işləyən Tofiq Kərimov vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb.

Bu həbsdən sonra Gununsesi.info icra başçısının istintaqa çağırılıb dindirilməsi barədə xəbər də yaymışdı.

Bu səbəbdən icra başçısı iş otağındakı böyük rəflərdən və stendlərdən yığılmış qara rəngli mebel dəstini dəyişib.

Belə ki, iş masasının arxasında olan rəf tamamilə götürülüb.

Onun yerinə kiçik ölçülü ağ rəngli stend qoyulub ki, onun da üzərində gizli kamera quraşdırılması mümkünsüzdür.

Qeyd edək ki, son illər həbs edilən icra başçılarının rüşvət almasına dair görüntülər onların iş otağında əməliyyat təbdirləri nəticəsində çəkilib.

regiontv.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru