“Təcili yardım“ “tələsinə“ düşən icraçı direktor... - vəziyyətdən necə çıxacaq?

18-01-2024, 09:40           
“Təcili yardım“ “tələsinə“ düşən icraçı direktor... - vəziyyətdən necə çıxacaq?
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovla Abşeron rayon Mərkəzi Xəstəxanasının icraçı direktoru Azər İsmayılov arasında gedən gizli mübarizə pik həddə çatmaqdadır.

AzFakt.com-un əldə etdiyi məlumata görə hər iki tərəf bir-birindən yuxarı instansiyalara məlumatlar ötürməkdədir. Baş verən son hadisənin isə Azər İsmayılovun təşkilatçı rəhbər imicini ciddi surətdə zədələyib. Belə ki, yanvar ayının əvvəlində Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli 49 ünvanında eyvandan yıxılan yeniyetməyə Abşeron rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım köməyə getməmişdi.

Hadisə mediada işıqlandırıldıqdan sonra TƏBİB açıqlama verməyə məcbur olmuşdu. Məsələ ilə araşdırma aparıldıqdan sonra Abşeron Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı işdən çıxarılmışdı.

Əldə etdiyimiz məlumata görə bu hadisə Abşeron rayin MX-nın icraçı direktoru Azər İsmayılovu bərk qəzəbləndirib. Hətta o bu hadisəni, yəni tibbi yardımın çağırışa getməməsini rəqiblərinin ona qarşı qurduğu tələ adlandırıb.

Qeyd edək ki, son zamanlar Səhiyyə nazirliyinin kluarlarında fevral ayının 7-dən sonra Azər İsmayılovun yüksək vəzifəyə təyin ediləcəyi barədə məlumatlar dolaşmaqdadır. Məlumata görə A.İsmayılov yeni hökumət kabineti formalaşdıqdan sonra TƏBİB-ə icraçı direktor gətirilə bilər.

Lakin Abşeron rayon Mərkəzi Xəstəxanasından son zamanlar TƏBİB-ə və İcbari Tibbi Sığortanın qaynar xəttinə gələn çoxsaylı şikayətlər Azər İsmayılovun karyerasını ciddi sual altına qoymaqdadır.

Abşeron MRX-dan İcbari Tibbi Sığortanın qaynar xəttinə edilən ən çox şikayətlər isə həkimlərin davamiyyətsizliyi ilə bağlıdır. Belə ki, xəstəxananaya gələn insanların travmotoloq, revmotoloq və endikrionoloqların xidmətindən yararlanan bilmədiyi deyilir. Buna səbəb isə bu şöbədə işləyən həkimlərinin işə vaxtlı-vaxtında gəlməməsi, iş vaxtından tez xəstəxanadan çıxıb getmələridir.

Həkimlərin bu nizam-intizamsızlığını isə Azər İsmayılov rəqiblərinin ona qarşı qurduğu tələ hesab etdiyi deyilir.

Xatırladaq ki, Azər İsmayılov sabiq deputat Cəbi İsmayılovun oğludur. Uzun illər Naxçıvan Ali Məclisinin deputatı olan Cəbi İsmayılov Muxtar Respublikanın Ali Sovetinin keçmiş sədri Vasif Talıbova yaxınlığı ilə tanınıb.

Abşeron rayon Mərkəzi Xəstəxanasında baş verən digər neqativ hallar barədə növbəti sayımızda geniş məlumat verəcəyik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.