“Azərlotereya”nın “Poz-Qazan” adlı FIRILDAĞI - Vətəndaşları necə soyurlar? - VİDEO

25-04-2024, 11:26           
“Azərlotereya”nın “Poz-Qazan” adlı FIRILDAĞI -
Təqribən 2 il əvvəl Azərbaycanın lotereya bazarında başlanan yenilik – “Azərlotereya”nın “Poz-Qazan” ani lotereyası indiyədək minlərlə insana uduş gətirib. Hər gün “Poz-Qazan” məntəqələrində çox sayda müxtəlif məbləğlər udulur, “Bakı KOB Evi”ndə isə daha böyük uduş qaliblərinin növbəsi yaranır.

“Poz-Qazan” barədə danışarkən ilk növbədə uduşlu biletlər və onun xoşbəxt alıcılara qazandırdığı məbləğlər yada düşür. Bilet satışının özünün olduqca sərfəli biznes olması isə çoxlarının diqqətini cəlb edir. Bu sahənin gətirdiyi gəlirə və ən əsası biznesə başlama imkanına görə “Poz-Qazan” məntəqəsi açmaq ölkədə ən sərfəli biznes növlərindən biridir.
Vətəndaşlar müxtəlif yollarla aldadılır, onlara ümid verilir. Onlara külli miqdarda pul udacağı deyilsə də nəticə etibarilə burda tək bir udan var, o da bu xidməti göstərən təşkilatdır. Düzdür, burda uduşlar da olur, kimlərsə hansısa məbləği qazanırlar, amma ümumi götürdükdə vətəndaşlar kiçik həcmdə çoxlu sayda vəsait itirirlər. Təəssüflər olsun ki, onların ümidləri çox vaxt doğrulmur, nadir hallarda şans kimlərinsə üzünə gülür.
Dayanacaqlarda, metro girişlərinin qarşısında, hətta marketlərin yanında belə satışa çıxarılan bu lotereyalara böyüklərlə yanaşı məktəblilərin də marağı böyükdür. Xırda uduşlarla iştirakçıların şirnikləndirildiyi həmin oyunda bu günə qədər nədənsə böyük məbləğli uduşlara rast gəlinməyib.
Bəs “Azərlotereya”nın təşkil etdiyi və yüzlərlə insana kələk gəldiyi “Poz-Qazan” layihəsi millətin cibinə necə girir?

Ətraflı RTV-nin sujetində:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.