Bu da Şəkinin tenderYEYƏNLƏRİ - İLGİNC SİYAHI...
22-05-2024, 09:40
Şimal-qərb zonasının aktiv rayonlarınndan olan Şəkidə 2023-cü ilin əvvəlindən indiyənədək dövlət satınalmaları portalı vasitəsilə müxtəlif dövlət qurumları tərəfindən 29 ədəd tender keçirilib. Keçirlən tenderlərdə qalib şirkətlərə ümumilikdə 4 643 395 AZN ödəniş edilib.
Dia-az.info xəbər verir ki, sayca tenderləri ən çox udan şirkətlər "Azin Construction" MMC, "Təkamül" MMC, "KM Services" MMC, "MNK Trading" MMC, "Planet Construction" MMC, "TİİM" MMC və "RR Travel Company" MMC olub.
Adı çəkilən şirkətlər arasında "Azin Construction" MMC, "Təkamül" MMC, "TİİM" MMC hər biri ayrı ayrılıqda 3 tenderi udub yerdə qalan şirkətlər isə 2 tenderin qalibi olub.
Şəkinin dövlət qurumlarından maksimum məbləğdə sifariş alan şirkət isə "Azin Construction" MMC olmuşdur. Sözügedən şirkət 3 tenderdə toplamda 1 181 662 AZN qazanıb. Başqa sözlə şirkət elan edilmiş tenderlərin toplam məbləğinin təqribi ¼ hissəsinin qalibi olmağa müvəffəq olub. Digər şirkətlərin aldıqları sifariş məbləği isə milyon manatdan aşağıdır.
Qeyd edək ki, “Azin Construction” MMC 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı 50 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Orxan Orucov Alxan oğludur. Hüquqi ünvanı AZ1027, Bakı şəhəri Xətai rayonu, Cavanşir, ev 23, m. 65 ünvanında yerləşir.
Qalib şirkətlər, tenderi elan etmiş dövlət qurumları, tenderlərin məbləğləri və ən əsası satınalma predmetləri haqqında daha detallı məlumatlar aşağıdakı cədvəldə :