DİQQƏT! “CF Kristal” kolbasasında zərərli maddələr var – FAKT

5-07-2024, 18:44           
DİQQƏT! “CF Kristal” kolbasasında zərərli maddələr var – FAKT
“CF Kristal” servelat kolbasalarının tərkibində insan orqanizmi üçün olduqca zərərli olan qida əlavələrinin olduğu məlum olub.

Tribunainfo.az xəbər verir ki, “Orxan SS” firmasınbın istehsalı olan və bütün marketlərdə “Kristal” servelat adı ilə satılan kolbasalarının tərkibi zərərli hesab edilən E-450, E-451, E-452, E-621, E-300 maddələri qarışımı ilə hazırlanıb. Bu barədə “Neptun” marketin onlayn satış mağazasında sözügedən kolbasaların tərkibi barədə yerləşdirilən məlumatda qeyd edilib.
Kolbasanın tərkibi belədir: Damarlardan təmizlənmiş əla növ mal əti, donuz əti, don xörək duzu, natrium nitrit, fosfatlar (E-450, E-451, E-452), dad və aromat gücləndiricisi (E-621), oksidləşmə əleyhinə askorbin turşusu (E-300) qara istiot, sarımsaq, şəkır tozu.

Sözügedən kolbasanın tərkibindəki E-450, E-451, E-452 maddələri insanda mədə pozğunluğu əmələ gətirir. Kolbasanın tərkibindəki E-621 qida əlavəsi də insan orqanizmi üçün zərərli hesab edilən maddələrdəndir. Ən çox yayılmış dad gücləndiricisi natrium glutamat olan E-621-dir. Bu maddə ilə zəngin olan qidaları qəbul edən insanların 30 faizi baş ağrıları, yüksək ürək döyüntüsü, əzələlərdə zəiflikdən şikayət edir.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru