“Bu məktəbdə saxta diplomlu müəllimlər çalışır…” – ŞƏMKİR SAKİNİ SERTİFİKASİYA ZAMANI POZUNTULAR OLDUĞUNU DEYİR

9-07-2024, 12:04           
“Bu məktəbdə saxta diplomlu müəllimlər çalışır…” –
Şəmkir rayon sakini Ələsgərov Elçin İsmayıl oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət ərizəsi göndərilib. Şikayətçi iddia edir ki, Şəmkir şəhəri, Cahangir Rüstəmov adına tam orta məktəbin ibtidai sinif müəllimlərinin içərisində saxta diplomlu şəxslər var:

“Mən, Ələsgərov Elçin İsmayıl oğlu, yazaraq bildirirəm ki, Qarabağ müharibəsi veteran, II qrup əliləm.

Şəmkir rayonunun Cahangir Rüstəmov tam orta məktəbinin ibtidai sinif müəllimlərinin bu il Gəncə şəhərində 43 nömrəli orta məktəbdə sertifikasiya imtahanı keçirildi. Həyat yoldaşım Əsgərova Ramella Nürəddin qızı da həmin imtahanda idi. Ancaq keçid balını əldə edə bilməyib. Çünki otaqdakı nəzarətçilər imtahan prosesini pozub. Müəllimlərin kompüterləri işləməyib deyə, sualları yaxşı oxuya bilməyiblər.

Həmin məktəbdə saxta diplomla fəaliyyət göstərən məllimlər var. Yalanları üzə çıxdı deyə tez lisey üzrə saxta diplom aldılar. Amma mənim yoldaşım təhsilli müəllimə olaraq kənarda qalıb. Xahiş edirəm, bu işə baxılsın”.

Ələsgərov Elçin İsmayıl oğlu rəsmi qurumlara müraciət etdiyini bildirir:

“Azərbaycan Respublikasının Pezidenti, cənab İlham Əliyevə 4 məktub ünvanlamışam. Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Nazirləri Kabinetinin rəhbəri Əli Əsədova da müraciət etmişəm. Həmçinin, imtahan zamanı böyük nöqsanları öz gözlərimlə gördüyümü Elm və Təhsil naziri Emin Əmrullayevə bildirmək istəyirəm”.



Cəmilə ƏZİMOVA

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.