Rafiq Quliyev Xətaidə səkini satdı? - Dövlət komitəsinin müdaxiləsindən sonra isə…

20-07-2024, 09:58           
Rafiq Quliyev Xətaidə səkini satdı? -
Bakının mərkəzində işbazlar tərəfindən qanunsuz olaraq quraşdırılan metal konstruksiyalar sökülüb.

Komitənin mətbuat xidmətindən bildirilib ki, Xətai rayonu, Sarayevo küçəsi, 26 ünvanında dünən gecə saatlarında aparılan işlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşlarının operativ müdaxiləsindən sonra dərhal dayandırılıb.

Qeyd olunub ki, şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində sözügedən ünvanda yerləşən və sakinlərin səki sahəsi kimi istifadə etdiyi yaşıl zolaqda (təxmini 100 kv.m-lik sahədə) özbaşına yüngül metal konstruksiyanın quraşdırılması faktı aşkarlanıb. “Müvafiq icazəverici sənədlər olmadan aparılan işlər 18 iyul 2024-cü il tarixində Baş İdarə tərəfindən dayandırılaraq, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Habelə lazımi tədbirlərin görülməsi və ərazinin nəzarətdə saxlanılması məqsədilə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanına rəsmi qaydada məktub ünvanlanıb və müvafiq göstərişlər verilib”.

Məlumata əsasən, söküntü işləri gün ərzində tam başa çatdırılaraq, ərazi yenidən sakinlərin istifadəsinə verilib.

Qeyd edək ki, 2019-cu ildən Rafiq Quliyev Xətai rayon icra hakimiyyətinin başçısıdır. Ötən həftə Bakı Şəhər İcra Hakimiyyətində paytaxt Rayon İcra Hakimiyyətlərinin və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş müşavirədə Xətai RİH başçısı Rafiq Quliyevə ciddi xəbərdarlıq edilib.

Lakin bu xəbərdarlığa baxmayaraq Rafiq Quliyev Xətai rayonu ərazisində boş yer saxlamayaraq hətta səkiləri belə satıb və qanunsuz tikinti işləri aparılmasına göz yumur.

Bu qanusuz tikintilər əsasən gecə vaxtları aparıldığı bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.