Elman Rüstəmovun "bağışladığı" 45 milyon - 104 kottecdən ibarət «Ропшинские пруды» və ...
13-08-2024, 12:54
Sankt-Peterburq yaxınlığındakı (Leninqrad vilayəti) Lomonosov rayonunda yerləşən, şəkildə gördüyünüz bu qəsəbəni iki azərbaycanlı inşa edib. Atakişiyev İlham Gürşad oğlu və İsmayılov Nadir Əmir oğlu. Birincisi ikinci devalvasiyadan 3-4 gün əvvəl "Dekabank" vasitəsilə Mərkəzi Bankdan 45 milyon götürüb. Kreditə girovsuz "dobro" verən baş bankir Elman Rüstəmov heç bir məsuliyyət daşımadan rahatca vəzifəsindən getdi, "Dekabank" bağlandı və Atakişiyev öldü. Atakişiyevlə bərabər 45 milyon da öldü. 104 kottecdən ibarət "Ropşa gölməçələri" yaşayış kompleksni («Ропшинские пруды») inşa edən şirkətin digər ortağı İsmayılov Nadir isə "Zaminbank"ın rəhbəri olub. Sabiq bankir 72.3 milyon manatı qulluq mövqeyindən istifadə edərək mənimsəyib. “Zaminbank”ın təkcə Mərkəzi Bank qarşısında 84.,5 milyon manatı öhdəliyi qalıb. "Zaminbank" batdı, Nadir İsmayılov isə 2020-ci ildən həbsdədir. Bəs "ROPŞE GÖLMƏÇƏLƏRİ"ni inşa edən "ROPŞİNSKAYA TERRASA" MMC-nin (ООО "РОПШИНСКАЯ ТЕРРАСА") aqibəti necə oldu? Azərbaycanın milyonlarla vəsaitinin yatırıldığı şirkət fəaliyyətini davam etdirir. Amma ona Denis Matyuşin adlı şəxs rəhbərlik edir. Cavanşir Həsənli TEREF