Deputatlığa namizəd Anar Məmmədov seçki qanununu belə pozdu – Foto

14-08-2024, 00:09           
Deputatlığa namizəd Anar Məmmədov seçki qanununu belə pozdu – Foto
Yeni Azərbaycan Partiyasının 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən namizədi Anar Məmmədovun seçicilərlə görüşlərini bələdiyyələr və Tərtər rayon İcra Hakimiyyəti təşkil edir.

Tribunainfo.az xəbər verir ki, bu barədə yazıçı Kəramət Böyükçöl paylaşım edib. O bildirib ki, bu, Seçki Məcəlləsinin 11-1.1 və 55.2.1-ci maddələrinin pozulmasıdır. Belə ki, görüşlərdən fotolar yayan deputatlığa namizəd Anar Məmmədovun yanında Tərtər RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev də var.

Xatırladaq ki, namizəd A.Məmmədov bundan öncə də Seçki Məcəlləsinin 75.2-ci maddəsini pozub plakatını lövhələrə təşviqat başlamadan əvvəl asmışdı. Həmçinin o, Bərdə və ətraf rayonlardan olan seçiciləri Tərtər əhalisi kimi ictimaiyyətə təqdim etmişdi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru