“Nurlu Karqo”nun Nursuz Oyunları - ETİRAZÇI MÜŞTƏRİYƏ GÖRÜN NƏ ETDİ?/VİDEO

20-08-2024, 12:14           
“Nurlu Karqo”nun Nursuz Oyunları -
Hörmətli sayt! Bu dəfəki müştəri şikayəti, sözün həqiqi mənasında, şokedici oldu. Belə ki, "Nurlu Karqo" bütün "qırmızı xətləri" keçərək, vətəndaşı, belə desək, axmaq yerinə qoyub! Vətəndaş etiraz etdikdə isə onu inanılmaz bir şeylə hədələyib.

Bu iddialar "Nurlu Karqo" ilə bağlı redaksiyamıza xebersherh@gmail.com elektron ünvandan daxil olmuş müraciətdə yer alır. Biz Siam-az.com olaraq bu və digər iddialarla bağlı qarşı tərəfi də dinləmək istədik. Əvvəl mövqe bildirəcəklərini desələr də, olmadı...
Aktuallığını nəzərə alıb, müəyyən düzəlişlərlə müraciəti dərc edirik:
Adəti üzrə karqodan edilən şikayətlər belədir ki, 1 müştərinin yalnız 1 şikayəti olur, lakin necə olubsa, sözügedən karqo, 1 müştərinin başına 3 dəfə oyun gətirib! Özü də, cəmi 4 ay kimi qısa müddətdə!
Beləliklə...
1-Cİ ÖZBAŞINALIQ: Müştəriyə, “Nurlu Karqo”nun yaşatdığı ilk şok, bu ilin may ayında baş verib. Belə ki, müştəri, bağlamasının anbara gəldiyini görəndə, qiymətinin, vəd olunandan fərqli cür hesablandığını görüb.
Belə ki, may ayında rəsmi saytda elan edilən tarifdə, (şəkildə gördüyünüz kimi) 1-5kq arası üçün xidmət haqqı, 6 azn olduğu halda, karqo, 9 azn-dən hesablayıb.
Edilən etiraza isə şirkət belə bir gülünc və absurd cavab verib ki, saytdakı tarif yox, instaqramdakı tarif əsasdır! (skrinləri qeyd edirik)
Xatırladaq ki, eyni qanun pozuntusu üzrə, 2023-cü ilin oktyabrında “Antiinhisar” məhkəməyə müraciət edərək, “Bahar Karqo”nu cəzalandırmışdı.
Müştəri, qanuna riayət olunmasını və “Antinhisar”a şikayət ünvanlayacağını bildirdikdə isə, veclərinə almayıblar.
Bu, birinci və çox aşkar qanun pozuntusu.
Keçək “Nurlu Karqo”nun eyni müştəriyə yaşatdığı ikinci özbaşınalığa.
2-Cİ ÖZBAŞINALIQ: Sözügedən şirkətlə bağlı yaşanılan ikinci pozuntu isə, təqdim etdikləri bağlamanın, sınmış və istifadəyə yararsız hala salınması ilə bağlı olub. Belə ki, french press adlanan (bitki dəmliyi) məhsul, ikiqat qutu ilə əhatə olunduğu halda, necəsə sınmış vəziyyətdə olub!
Şirkət rəsmisi, təbii ki yenə də məsuliyyəti boynundan atmağa çalışıb, bağlamaya görə heç bir halda məsuliyyət daşımadıqlarını bildirib. (Burada, çox mühüm bir məqamı qeyd etməliyik: müştəri bildirir ki, şirkətin “Neftçilər” filialının əməkdaşlarının, bağlamaları, top kimi bir-birilərinə tullamalarını sayıq tərpənərək, həftələr öncə kameraya çəkib. Həmin görüntüləri, “Antiinhisar”ın cavabından sonra ictimailəşdirməyi düşünür)
Onu da əlavə edək ki, “Nurlu Karqo”nun müştəriyə qırıq şəkildə təhvil verdiyi məhsulun qutusunun üzərində, “Trendyol”un “DİKKAT KIRILIR!” yazısı mövcud olub, yəni xüsusi xəbərdarlığa baxmayaraq, yenə də baglama ilə ehtiyatsız davranılıb!
3-CÜ ÖZBAŞINALIQ: Sözügedən karqo şirkəti, görünür ki, müştəriyə yaşatdığı “həyəcan”ı az hesab edib deyə, bu dəfə bağlamaları müştəridən gizlədib və deyib ki, “tap, görüm, hardadır”! Yəni, bu dəfəki problem, bağlamaların təhvil verilməsi, daha doğrusu, verilməməsi ilə bağlı olub!
Belə ki, iyul ayının ortalarında smart customs-da qeydiyyat olunan 3 bağlama, 1 aya yaxındır ki, hələ də müştəriyə təslim edilməyib və şirkət, min cür bəhanələrlə məsuliyyəti üzərindən ataraq, “bu gün gətiriləcək, sabah gətiriləcək” deyə-deyə “yola verir”.
Yekun: “Nurlu Karqo” adlanan daşınma şirkəti, görünür ki, nəyəsə və kiməsə çox arxayındır ki, özbaşınalıq rekordu qırmaqla məşğuldur. Karqo, bu açıq sübutlardan sonra, çıxıb heç bir izah verə, bəhanə gətirə bilməz. Bəlkə də, yoxa çıxartdığı 3 bağlamanı, məsələn küləyin apardığını yaxud da cinlərin ələ keçirdiyini söyləyə bilər, lakin vəd olunan tarifdən başqa cür hesablanmanın izahını heç cür verə bilməz!
P.S. "ANTİNHİSAR" əgər keçən ilin oktyabrda edilən eyni qanunsuzluğa görə “Bahar Karqo”ya sanksiya tətbiq edibsə, məntiqlə, “Nurlu Karqo”ya da eyni sanksiyanı icra etməlidir. Əgər bu, baş verməsə, artıq “Nurlu Karqo”nun arxayınçılığının heç də səbəbsiz olmaması bəlli olacaq...
Ümid edək ki, hörmətli Məmməd Abbasbəyli, son zamanlarda cəmiyyətdə ciddi tənqid olunan “Antiinhisar”ın imicinin düzəlməsi istiqamətində, ədalətli qərar verəcək.
Hər halda məsələnin təqibçisi olacağıq!
HAZIRLADIĞIMIZ SUJETİ TƏQDİM EDİRİK:

Yenixeber.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.