Bunlar hazır "deputatlardır" - Seçicinin problemini öyrənmək əvəzinə 44 Günlük müharibədən danışırlar
20-08-2024, 17:07
1 Sentyabr- parlament seçkiləri ilə bağlı təşviqat kampaniyası bir neçə gündür ki, davam edir.
Prosesə qatılan YAP başda olmaqla ölkənin əksər siyasi partiyaları ilə yanaşı müstəqil namizədlər də seçicilərlə görüşür.
Deputatlığa namizədlərin seçicilərlə görüşündə bir məqam xüsusi diqqəti çəkir.
Belə ki, kiçik seçici qrupları ilə görüşdə məntiqlə həmin şəxslərin problemlərinin öyrənilməsi, buna dair vədlərdən danışılmalı olduğu halda ancaq sosial şəbəkələrdə yayılan məlumatlarda başqa şeydən söhbət gedilir.
Məsələn 123 Saylı Kəlbəcər Seçki Dairəsindən hökumətin dəstəklədiyi namizəd Mircəlil Qasımlı özünün seçicilərlə görüşündə yalnız 44 Günlük Müharibədən bəhs edir.
Hara gedir, eyni yazılı çıxışı oxuyub oradan aralanır.
Sanki torpaqları o azad edib və bu onun şəxsi uğurlarına yazıldığından özünün piarında istifadə edir.
Sitat: “Mircəlil Qasımlı bildirmişdir ki, 44 Günlük müharibədə Azərbaycan öz suverenliyini bərpa etdi, torpaqları işğaldan azad etdi. Artıq ölkəmizdə başqa bir dövr- həmin ərazilərin bərpası gündəmdədir”.
Bunu acqarnına AzTV-dən onsuz da hər gün eşidir.
Sənin işin vəkili olmaq istədəyin insanın problemlərini öyrənmək, hansısa vəd verməkdir.
Ancaq Mircəlil əlində aidyyatı orqanlara vurduğu teleqram və şikayət ərizələrinin bir topa qəbzi ilə yanına gələn seçicinin maraqlarını kənara atır.
Məsələn o, deyə bilər ki, mən deputat olanda ayrı-ayrı özəl ali məktəblərdə təhsil alan kəlbəcərli tələbələrin təhsil haqlarında müyəyyən güzəştlər üçün həmin təhsil ocaqlarının rəhbərliyindən şəxsi xahişdə buluna bilərəm.
Yaxud, mıhkəmə-hüquq sisteminin qeyri-adekvat münasibəti ilə üzləşən həmyerlilərinin probleminə biganə qalmayacağına dair vədlər verə bilər.
Bu sadəcə bir nümunədir.
Təəssüf ki, Əli Məsimli, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Zahid Oruc və digər namizədlər kimi təşviqat kampaniyası aparan yoxdur.
Gununsesi.info