Nazirlik `Asfalt Raqib`lə bacarmır, yoxsa şərikdir? - ÜRƏKAĞRIDAN MƏNZƏRƏ...

7-09-2024, 17:18           
 Nazirlik `Asfalt Raqib`lə bacarmır, yoxsa şərikdir? -
"Haftonidə "Asfalt Raqib"in zəbt etdiyi əlavə 30 hektar ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşə cinsli ağaclar əkilmişdi". Dia-az.İnfo xəbər verir ki, bu barədə paylaşım edən narazı sakinlər sözügedən meşə sahəsinin bilərəkdən məhv edilməsi ilə bağlı həyəcan təbili çalırlar.

Onların müraciətində deyilir: "Bir neçə gün əvvəl ərazini Raqibin əlaltıları texnikanın altına salıb. 1-2 dənə ting qalmışdısa da, onlar da yoxa çıxıb.

Yəqin ki, belədir vəziyyət...

Əsas biabırçılııq isə odur ki, aylar əvvəl həmin zəbt olunmuş əraziyə ağacları qurutmaq məqsədilə şirkət tərəfindən dərman səpilib. Bizə bunun xəbəri çatıbsa, ən azından yerli ekologiya idarəsi məsələdən xəbərdar olmalıdır.

Nazir Muxtar Babayev isə hələ də belə bir şirkətin öhdəsindən gələ bilmir və ya razılaşdırıblar dayanıb kənarda..."

Dia-az.İnfo xatırladır ki, 2020-ci ildə dağıdılaraq zəbt olunmuş ərazi (130 hektar) Lənkaran Asfalt Zavodunun direktoru Asfalt Raqib ləqəbli sahibkarın oğluna meşəbərpa məqsədi ilə ETSN tərəfindən icarəyə verilib.























Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru