Əsabil Qasımov Rusiya kurortlarında qiyməti BAHALAŞDIRDI - FOTO
9-09-2024, 08:47
Kislovodsk və Pyatiqorskda mehmanxana və sanatoriyalarda bir gecənin orta qiyməti 19% artaraq 5525 rubuldan 7265 rubla çatıb.
Musavat.com bu barədə “Yandex Travel” araşdırmasına istinadən xəbər verir.
Bəllidir ki, Stavropol diyarında ən mühüm investorlardan biri Milli Məclisin sabiq deputatı, “Karat-Holdinq”in təsisçisi Əsabil Qasımovdur. Şirkət 2006-cı ildə yaradılıb.
Sabiq deputat uzun illərdir ki, Stavropolda turizm və kurort sahəsindəki bir çox sanatoriyalara sahiblik edir. Əsabil Qasımov Yessentuki, Kislovodsk və Jeleznovodskda böyük sanatoriyalara sahibdir. O, hələ bir neçə il öpncədən Rusiyada bir neçə sanatoriyaya sahib olub.
“Karat-Holdinq” hələ 2016-cı ilin iyun ayında Yesentukidə ümumi sahəsi 26,3 min kvadratmetr olan “İstoçnik” sanatoriyası açılıb. 340 çarpayılıq “İstoçnik ” mədə-bağırsaq , tənəffüs , dayaq-hərəkət sistemləri, ürək-damar, dəri xəstəlikləri, şəkərli diabet xəstəliklərinin profilaktikası və müalicəsi aparılır. Əsabil Qasımov bu layihəyə 1,5 milyard rubl həcmində investisiya qoyduğu bildirilir. Bundan əlavə, “Karat-Holdinq” şəhərin mərkəzində oxşar profilli "İstoçnik Jeleznovodsk" sanatoriyası tikib. İstirahət mərkəzinin 2021-ci ilin sonuna kimi istifadəyə verilib və 420 nəfərə qədər qonaq qəbul edə bilər. Bu layihəyə də sabiq deputat təxminən 2 milyard rubl investisiya qoyub. Şirkət hələ 2017-ci ildə Kislovodsk şəhərində yerləşən "Akademiçeskiy” sanatoriyasına 25 milyon dollar sərmayə yatırıb.
Azərbaycanlı investorun ümumi sahəsi 9 hektar olan üç torpaq sahəsi üçün bu ilin fevralında müqavilə bağlayıb. Vurğulanıb ki, bu vəsaitə 600 otaqlı və 1200 çarpayılıq üç sanatoriyanın tikintisi nəzərdə tutulub.
“Karat Holdinq”in Rusiyada biznesi bununla kifayətlənmir. Şirkət Moskvanın cənubundakı Taqanski rayonunun Böyük Poluyaroslavk döngəsində yerləşən və "Vasili Osipoviç Krasavin və qardaşları” ticarət birliyinə məxsus binanı demontaj edirdi. Onun yerində sahəsi 11,3 min kvadrat metr olacaq apartament tipli mehmanxana tikilib.
Paralel olaraq, "Karat Holdinq” Moskvanın Nikoloyamskaya 11 küçəsində yerləşən "Bernikov” biznes mərkəzini 1,47 milyard rubl (21,3 milyon dollar) qarşılığında satın alıb. Rusiya paytaxtının mərkəzində yerləşən və 17 min kvadrat metr sahəni əhatə edən biznes-mərkəzinin yeni sahibi tərəfindən 200-250 nömrəlik otelə çevriləcəyi açıqlanır.
Holdinq Moskva vilayətində yerləşən Podolsk çörək və un məmulatları zavodunun da əsas səhmdarıdır.