Reyestr Xidmətinin Ucar rayon Şöbəsində korrupsiya cinayəti

9-09-2024, 15:18           
Reyestr Xidmətinin Ucar rayon Şöbəsində korrupsiya cinayəti
Göyçay rayonu Hacalıkənd kənd sakini Şıxəliyev Şövqi Muxtar oğlu tərəfindən

ŞİKAYƏT


Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin rəhbərliyi Hacıalıkənd kənd sakini Şıxəliyev Eldar Muxtar oğluna məxsus 2 km aralı məsafədə yerləşən 0,51 ha torpaq sahəsini mənə məxsus torpaq sahəsinin üzərinə sürüşdürərək qanunsuz elektron kadastr tərtib ediblər. Tam səmimi və düzgün qeyd edirəm ki, bütün bu qanunsuzluqlar rüşvət müqabilində baş verib.Mən özümə məxsus həmin torpaq sahəsini alqı-satqı müqavilısi əsasında 1998-ci il tarixdə vətəbdaşlardan qanunu qaydada alımışm. Həmin torpaq sahəsi mənim adıma reyestrdə rəsmiləşdirilərək çıxarış verilib. Eldar Şəxəliyevə məxsus 0,51 ha torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə 1998-ci il tarixdə verilib. Aqrar İslahat Komissiyasının qərarı ilə Eldar Şıxəliyevə verilmiş həmin 0,51 ha torpaq sahəsi mənə məxsus torpaq sahəsi yerləşən həmin ərazidən təxminən 2 km aralı məsafədə yerləşir. Hazırda məndən 2 km aralı məsafədə yerləşən həmin torpaq sahəsini Eldar Şıxəliyev özü əkib -becərir. Eldar Şəxəliyev bir sənəd əsasında iki ərazidə torpaq sahəsi əldə etmək istəyir. Eldar Şıxəliyevin sonradan əldə etdiyi sənədin əsası yoxdur, qanunsuzdur.Elektron bazada edilən bu saxtakarlıq vəzifə cinayətidir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin rəhbərliyi ediblər. Torpaq sahəsini 25 il sonra 2 km məsafədən sürüşdürülərək mənə məxsus mülkiyətimdə olan torpağın üzərinə yerləşdilməsi cinayət hesab olunur. Elektron bazada bu qanunsuzluğu rüşvət müqabilində edənlər cinayət məsuliyyətinə cəlb edilməlidirlər.

Həmin torpaq sahəsi 1998-ci il tarixdən mənim istifadəmdədir əkib becərib dövlətdən hər il subsidiya alıram. Əmlak Məsələləri Dövlət Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin rəhbərliyi belə bir saxtakarlıqları bir çox vətəndaşlara qarşı etmişdilər.Vəzifəli şəxs qulluq mövqeyindən sui-istifadə edərək bu cinayəti törədib, sonrada bunu elektron kadastrda edilən dəyişikliklə əlaqələndirirlər. Buna görə zərurət var ki, şikayət ərziəm 16 saylı Ucar Ərazi İdarəsinin iştirakı olmadan Mərkəzi İdarədən mütəxəsislər cəlb edilməklə yerində obyektiv araşdırıb bu qanunsuzluğu edən vəzifəli şəxslər barədə qanunu tədbirlər görülsün.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.